Akupunktur Mütəxəssisi (Həkim)
Çin Təbabəti klinikasıAkupunktur mütəxəssisi — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 20 октября 2026 г.
- Приём заявок до
- 19 ноября 2026 г.
- Категория
- Здравоохранение
О вакансии
Çin Təbabəti klinikası ищет сотрудника на должность «Akupunktur Mütəxəssisi» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
İş şəraiti
- İş yeri: Çin Təbabəti Klinikası
- Ünvan: Bakı-28 May metrosu yaxınlığı
- Məşğulluq növü: Yarım iş günü
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
İşin Təsviri:
- Yeni Klinikamızın komandasına daxil olmaq və pasiyentlərin sağlamlıq problemlərini ənənəvi Çin təbabəti və müasir refleksoterapiya üsulları ilə bərpa etmək üçün təcrübəli Akupunktur Mütəxəssisi axtarırıq.
Əsas Öhdəliklər:
- Pasiyentlərin ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və fərdi müalicə planı hazırlamaq;
- Steril iynələrdən istifadə edərək akupunktur (iynəbatırma) seanslarını təhlükəsiz və effektiv şəkildə həyata keçirmək;
- Ehtiyac olduqda moksoterapiya, vakuum terapiyası (banka) və ya elektro-akupunktur kimi köməkçi üsulları tətbiq etmək;
- Müalicənin gedişatını izləmək, pasiyent kartlarını mütəmadi yeniləmək və nəticələri sənədləşdirmək;
- Pasiyentləri müalicə sonrası qulluq, həyat tərzi və qidalanma barədə məlumatlandırmaq.
Tələblər:
- Ali tibbi təhsil (Həkim-refleksoterapevt, nevroloq və ya reabilitoloq ixtisası olanlara üstünlük verilir);
- Akupunktur və ya Refleksoterapiya sahəsində müvafiq sertifikat/diplom;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İnsan anatomiyası, fiziologiyası və meridian nöqtələri haqqında dərin biliklər;
- Sanitar-gigiyenik qaydalara və sterilizasiya standartlarına ciddi riayət etmək;
- Pasiyentlərlə yüksək ünsiyyət, empatiya və etik davranış bacarıqları.
Biz nə təklif edirik?
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
- Müasir avadanlıqlarla təchiz olunmuş rahat iş şəraiti;
- Peşəkar komanda və rəqabətədavamlı əmək haqqı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Akupunktur Mütəxəssisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.