Əsas məzmuna keç
GoJob

Akupunktur Mütəxəssisi (Həkim)

Çin Təbabəti klinikasıBakıda akupunktur mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026
Kateqoriya
Səhiyyə

Bakı şəhərində Səhiyyə üzrə vakansiyalar

Vakansiya haqqında

Çin Təbabəti klinikası Bakıda «Akupunktur Mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Çin Təbabəti Klinikası
  • Ünvan: Bakı-28 May metrosu yaxınlığı
  • Məşğulluq növü: Yarım iş günü
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

İşin Təsviri:

  • Yeni Klinikamızın komandasına daxil olmaq və pasiyentlərin sağlamlıq problemlərini ənənəvi Çin təbabəti və müasir refleksoterapiya üsulları ilə bərpa etmək üçün təcrübəli Akupunktur Mütəxəssisi axtarırıq.

Əsas Öhdəliklər:

  • Pasiyentlərin ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və fərdi müalicə planı hazırlamaq;
  • Steril iynələrdən istifadə edərək akupunktur (iynəbatırma) seanslarını təhlükəsiz və effektiv şəkildə həyata keçirmək;
  • Ehtiyac olduqda moksoterapiya, vakuum terapiyası (banka) və ya elektro-akupunktur kimi köməkçi üsulları tətbiq etmək;
  • Müalicənin gedişatını izləmək, pasiyent kartlarını mütəmadi yeniləmək və nəticələri sənədləşdirmək;
  • Pasiyentləri müalicə sonrası qulluq, həyat tərzi və qidalanma barədə məlumatlandırmaq.

Tələblər:

  • Ali tibbi təhsil (Həkim-refleksoterapevt, nevroloq və ya reabilitoloq ixtisası olanlara üstünlük verilir);
  • Akupunktur və ya Refleksoterapiya sahəsində müvafiq sertifikat/diplom;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • İnsan anatomiyası, fiziologiyası və meridian nöqtələri haqqında dərin biliklər;
  • Sanitar-gigiyenik qaydalara və sterilizasiya standartlarına ciddi riayət etmək;
  • Pasiyentlərlə yüksək ünsiyyət, empatiya və etik davranış bacarıqları.

Biz nə təklif edirik?

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
  • Müasir avadanlıqlarla təchiz olunmuş rahat iş şəraiti;
  • Peşəkar komanda və rəqabətədavamlı əmək haqqı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Akupunktur Mütəxəssisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Çin Təbabəti klinikası şirkətinin digər vakansiyaları

Çin Təbabəti klinikası vakansiyaları