Skip to content
GoJob

Anbardar

Stark Technology MMCStorekeeper job in Baku

Salary: from 900 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 11, 2026
Apply before
December 11, 2026

Logistics, Warehouse & Procurement jobs in Baku

About this job

Stark Technology MMC is hiring a storekeeper in Baku. Full-time, salary 900 AZN. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • Malların və avadanlıqların anbara qəbulunun, sistemli yerləşdirilməsinin və təhvilinin həyata keçirilməsi;
  • Şirkətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların operativ uçotunun aparılması və hesabatlılığın təmin edilməsi; 
  • Mədaxil və məxaric məhsullar üzrə bütün zəruri sənədləşmə prosesinin təmin edilməsi;
  • Anbar sahəsinin səliqə, təsnifat, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına uyğun saxlanılmasına nəzarət edilməsi;
  • Mütəmadi (dövri) inventarizasiya və sayım proseslərinin aparılması, eləcə də bu proseslərdə aktiv iştirak edilməsi; 
  • Sayımlar və qəbul zamanı aşkar olunmuş çatışmazlıqlar, artıqlıqlar və digər uyğunsuzluqlar barədə rəhbərliyə rəsmi hesabatların verilməsi;
  • Məhsulların və mal-materialların xüsusiyyətlərinə uyğun olaraq düzgün yerləşdirilməsinin və fiziki qorunmasının təmin edilməsi.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
  • Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və operativlik;
  • Komanda ilə işləmək və riyazi təfəkkür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

More jobs at Stark Technology MMC

Jobs at Stark Technology MMC