Skip to content
GoJob

İnformasiya texnologiyaları üzrə mütəxəssis

Stark Technology MMCIT specialist job in Baku

Salary: from 1,000 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 11, 2026
Apply before
December 11, 2026

Information Technology jobs in Baku

About this job

Stark Technology MMC is hiring an IT specialist in Baku. Full-time, salary 1,000 AZN. Apply directly to the employer.

Vəzifə öhdəlikləri

  • Şirkətin daxili İT infrastrukturunun, kompüterlərin, serverlərin və şəbəkə sistemlərinin idarə olunması və texniki dəstəyinin təmin edilməsi;
  • Windows əməliyyat sistemlərinin və Microsoft 365 platformalarının quraşdırılması, sazlanması və idarə olunması;
  • Şirkətin LAN, WAN, VPN və Wi-Fi şəbəkələrinin qurulması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
  • Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə İT və şəbəkə həllərinin hazırlanması və tətbiqi;
  • Layihə obyektlərində şəbəkə infrastrukturunun qurulması, IP ünvanlama planlarının hazırlanması və şəbəkə avadanlıqlarının sazlanması;
  • CCTV, IP videomüşahidə, NVR/DVR, Access Control, IP telefoniya və digər zəif axın sistemlərinin şəbəkəyə inteqrasiyası və konfiqurasiyası;
  • Strukturlaşdırılmış Kabel Sistemləri (SCS), LAN və Fiber Optik şəbəkə infrastrukturu üzrə texniki işlərin həyata keçirilməsi;
  • Layihələr çərçivəsində quraşdırılan İT və şəbəkə avadanlıqlarının test edilməsi, sazlanması və istismara verilməsi;
  • Layihələr üçün texniki tələblərə uyğun İT və şəbəkə avadanlıqlarının seçilməsində iştirak edilməsi;
  • Texniki sənədlərin, şəbəkə sxemlərinin, IP ünvanlama planlarının və avadanlıq siyahılarının hazırlanması;
  • Layihə obyektlərində yaranan texniki problemlərin operativ şəkildə aşkarlanması və aradan qaldırılması;
  • Şirkət əməkdaşlarına texniki dəstəyin göstərilməsi və daxil olan müraciətlərin cavablandırılması;
  • Antivirus, Firewall, məlumatların ehtiyat nüsxələnməsi (Backup) və informasiya təhlükəsizliyi sistemlərinə nəzarət edilməsi;
  • İT avadanlıqlarının, proqram təminatlarının və lisenziyaların uçotunun aparılması.

Namizədə dair tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • İT sahəsində minimum 2 il iş təcrübəsi;
  • Şəbəkə sistemlərinin qurulması, konfiqurasiyası və texniki dəstəyi üzrə praktiki biliklər;
  • Active Directory və Microsoft 365 üzrə biliklər;
  • TCP/IP, VLAN, Routing, Switching, DHCP, DNS və VPN texnologiyaları üzrə biliklər;
  • MikroTik, Cisco, Fortinet və ya digər şəbəkə avadanlıqları ilə işləmək bacarığı;
  • CCTV, IP kameralar, NVR/DVR və Access Control sistemlərinin iş prinsipləri və şəbəkəyə inteqrasiyası üzrə biliklər;
  • PoE texnologiyası, UTP/FTP və Fiber Optik kabel infrastrukturu üzrə biliklər;
  • Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) üzrə bilik və praktiki bacarıqlar;
  • İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki problemlərin aradan qaldırılması bacarığı;
  • Texniki sənədləri ingilis dilində oxuma və anlama bacarığı;
  • Analitik düşüncə, operativ qərarvermə və problemlərin həlli bacarığı;
  • Komandada işləmək və layihə heyəti ilə koordinasiyanı təmin etmək bacarığı;
  • Layihə obyektlərində texniki işlərin həyata keçirilməsinə və ezamiyyətlərə hazır olmaq.
  • Üstünlüklər
  • Hikvision, Dahua, ZKTeco, Suprema və digər təhlükəsizlik sistemləri istehsalçılarının avadanlıqları ilə iş təcrübəsi;
  • Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə iştirak təcrübəsi;
  • Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) və Fiber Optik sistemlər üzrə sertifikatların olması;

İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı: 1000-1500 Azn (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnformasiya Texnologiyaları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

More jobs at Stark Technology MMC

Jobs at Stark Technology MMC