Əsas məzmuna keç
GoJob

Anbardar

Stark Technology MMCBakıda anbardar vakansiyası

Maaş: 900 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar

Vakansiya haqqında

Stark Technology MMC Bakıda anbardar axtarır. Tam ştat, maaş 900 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Malların və avadanlıqların anbara qəbulunun, sistemli yerləşdirilməsinin və təhvilinin həyata keçirilməsi;
  • Şirkətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların operativ uçotunun aparılması və hesabatlılığın təmin edilməsi; 
  • Mədaxil və məxaric məhsullar üzrə bütün zəruri sənədləşmə prosesinin təmin edilməsi;
  • Anbar sahəsinin səliqə, təsnifat, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına uyğun saxlanılmasına nəzarət edilməsi;
  • Mütəmadi (dövri) inventarizasiya və sayım proseslərinin aparılması, eləcə də bu proseslərdə aktiv iştirak edilməsi; 
  • Sayımlar və qəbul zamanı aşkar olunmuş çatışmazlıqlar, artıqlıqlar və digər uyğunsuzluqlar barədə rəhbərliyə rəsmi hesabatların verilməsi;
  • Məhsulların və mal-materialların xüsusiyyətlərinə uyğun olaraq düzgün yerləşdirilməsinin və fiziki qorunmasının təmin edilməsi.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
  • Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və operativlik;
  • Komanda ilə işləmək və riyazi təfəkkür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Stark Technology MMC şirkətinin digər vakansiyaları

Stark Technology MMC vakansiyaları