Anbardar
ADIS AzerbaijanStorekeeper job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 6, 2026
- Apply before
- November 5, 2026
- Category
- Logistics & Transport
About this job
ADIS Azerbaijan is hiring a storekeeper in Baku. Full-time. Apply directly to the employer.
ADIS Azerbaijan şirkətinin istehsalat bölməsinə anbar işlərinin təşkili və materialların uçotu üzrə təcrübəli Anbardar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan xammal, material və hazır məhsulları sənədlər əsasında qəbul etmək, miqdarını və vəziyyətini yoxlamaq;
- Məhsul və materialların düzgün yerləşdirilməsini və təhlükəsiz saxlanılmasını təmin etmək;
- İstehsalata verilən materialların və istehsalatdan qəbul edilən hazır məhsulların uçotunu aparmaq;
- Anbar üzrə giriş-çıxış əməliyyatlarını vaxtında qeydiyyata almaq və müvafiq sənədləri rəsmiləşdirmək;
- Sifarişlər üzrə məhsulların hazırlanmasını və təhvil verilməsini təşkil etmək, yükləmə-boşaltma işlərinə nəzarət etmək;
- Anbar qalıqlarını izləmək və material çatışmazlığı barədə vaxtında məlumat vermək;
- İnventarizasiyada iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
- Zədələnmiş və uyğunsuz materialların ayrıca saxlanılmasını təmin etmək, aşkar edilmiş fərqlər barədə rəhbərliyə məlumat vermək;
- Anbarda səliqə-sahmana və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər:
- Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi;
- İstehsalat müəssisəsində anbar işi üzrə təcrübə üstünlükdür;
- Malların qəbulu, saxlanılması, buraxılışı və inventarizasiyası üzrə praktiki biliklər;
- Anbar sənədləri və mal-material uçotu ilə işləmək bacarığı;
- Kompüter və Excel bilikləri; 1C və ya digər anbar uçotu proqramında iş təcrübəsi üstünlükdür;
- Sayım və hesablamalarda dəqiqlik, təşkilatçılıq və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və maddi dəyərlilərin qorunmasına diqqətli yanaşma.
İş şəraiti:
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır;
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.