Əsas məzmuna keç
GoJob

Anbardar

Bakıda anbardar vakansiyasıADIS Azerbaijan

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
6 oktyabr 2026
Son müraciət tarixi
5 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

ADIS Azerbaijan Bakıda anbardar axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

ADIS Azerbaijan şirkətinin istehsalat bölməsinə anbar işlərinin təşkili və materialların uçotu üzrə təcrübəli Anbardar axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan xammal, material və hazır məhsulları sənədlər əsasında qəbul etmək, miqdarını və vəziyyətini yoxlamaq;
  • Məhsul və materialların düzgün yerləşdirilməsini və təhlükəsiz saxlanılmasını təmin etmək;
  • İstehsalata verilən materialların və istehsalatdan qəbul edilən hazır məhsulların uçotunu aparmaq;
  • Anbar üzrə giriş-çıxış əməliyyatlarını vaxtında qeydiyyata almaq və müvafiq sənədləri rəsmiləşdirmək;
  • Sifarişlər üzrə məhsulların hazırlanmasını və təhvil verilməsini təşkil etmək, yükləmə-boşaltma işlərinə nəzarət etmək;
  • Anbar qalıqlarını izləmək və material çatışmazlığı barədə vaxtında məlumat vermək;
  • İnventarizasiyada iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
  • Zədələnmiş və uyğunsuz materialların ayrıca saxlanılmasını təmin etmək, aşkar edilmiş fərqlər barədə rəhbərliyə məlumat vermək;
  • Anbarda səliqə-sahmana və təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər:

  • Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi;
  • İstehsalat müəssisəsində anbar işi üzrə təcrübə üstünlükdür;
  • Malların qəbulu, saxlanılması, buraxılışı və inventarizasiyası üzrə praktiki biliklər;
  • Anbar sənədləri və mal-material uçotu ilə işləmək bacarığı;
  • Kompüter və Excel bilikləri; 1C və ya digər anbar uçotu proqramında iş təcrübəsi üstünlükdür;
  • Sayım və hesablamalarda dəqiqlik, təşkilatçılıq və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və maddi dəyərlilərin qorunmasına diqqətli yanaşma.

İş şəraiti:

  • Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır;

Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

ADIS Azerbaijan şirkətinin digər vakansiyaları

ADIS Azerbaijan vakansiyaları