Baş mühasib
ADIS AzerbaijanAccountant job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- September 30, 2026
- Apply before
- October 30, 2026
- Category
- Finance & Banking
About this job
ADIS Azerbaijan is hiring an accountant in Baku. Full-time. Apply directly to the employer.
ADIS Azerbaijan komandası üçün maliyyə və mühasibatlıq proseslərinin idarə edilməsində təcrübəli Baş mühasib axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunu qanunvericiliyə və daxili prosedurlara uyğun təşkil etmək;
- Alış, satış, qaytarma və anbar əməliyyatlarının uçotda düzgün əks olunmasına nəzarət etmək;
- Müştəri və təchizatçılarla hesablaşmaları, debitor və kreditor borcları izləmək, qarşılıqlı üzləşmələri təşkil etmək;
- Bank, kassa və kredit əməliyyatlarının uçotunu, pul vəsaitlərinin hərəkətinə nəzarəti həyata keçirmək;
- Vergi, sosial sığorta və statistika hesabatlarının düzgün hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, gəlir, xərc və mənfəət göstəricilərini təhlil edərək rəhbərliyə təqdim etmək;
- Əməkhaqqı və digər əməkdaş ödənişlərinin hesablanmasına nəzarət etmək;
- Mal-material ehtiyatlarının inventarizasiyasını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatları arasındakı fərqləri araşdırmaq;
- Mühasibatlıq komandasının iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətini koordinasiya etmək və peşəkar inkişafına dəstək vermək.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il, o cümlədən baş mühasib və ya mühasibatlıq komandasının idarə olunması üzrə iş təcrübəsi;
- Distribusiya və ya topdansatış sahəsində təcrübə üstünlükdür;
- Mal-material ehtiyatlarının, ticarət əməliyyatlarının və qarşılıqlı hesablaşmaların uçotu üzrə güclü praktiki biliklər;
- Vergi, əmək və mühasibat uçotu qanunvericiliyini bilmək və gündəlik işdə tətbiq etmək bacarığı;
- Vergi bəyannamələrinin və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə biliklər;
- 1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Elektron dövlət portalları və hesabat sistemlərindən sərbəst istifadə etmək bacarığı;
- ERP sistemlərinin maliyyə və mühasibatlıq modulları ilə iş təcrübəsi; Logix biliyi üstünlükdür;
- Analitik düşünmə, işin planlaşdırılması, komandanın idarə edilməsi və qərarvermə bacarıqları;
- Dəqiqlik, yüksək məsuliyyət, dürüstlük və məxfilik prinsiplərinə riayət etmək.
Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında razılaşdırılır;
- Şirkət tərəfindən nahar verilir;
- İş yeri: Ələsgər Qayıbov küçəsi 10Q, STN Biznes Mərkəzi 8-ci mərtəbə.
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.