Mayalandırma mütəxəssis
Azersun HoldingMayalandırma mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 30, 2026
- Apply before
- November 29, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
Azersun Holding is hiring for the role “Mayalandırma mütəxəssis” in Baku. Full-time. Apply directly to the employer.
Vakansiya: Mayalandırma mütəxəssis
Vəzifəyə tələblər:
- Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili;
- Süni mayalanma sahəsində praktiki iş təcrübəsi;
- İribuynuzlu heyvanlarda reproduktiv fiziologiya və cinsi dövrün xüsusiyyətləri üzrə bilikl ər;
- Süni mayalanma texnikası və mayalanma prosesinin təşkili üzrə təcrübə;
- Hamiləliyin müəyyən edilməsi və reproduktiv göstəricilərin qiymətləndirilməsi üzrə biliklər;
- Heyvanların identifikasiyası və reproduktiv məlumatların qeydiyyatının aparılması bacarığı.
Vəzifə öhdəlikləri:
- Heyvanların reproduktiv dövrünü mütəmadi izləmək və süni mayalanma prosesini həyata keçirmək;
- Mayalanma üçün nəzərdə tutulan heyvanların sağlamlıq və reproduktiv vəziyyətini qiymətləndirmək;
- Mayalanmadan sonra heyvanların reproduktiv vəziyyətini izləmək və hamiləliyin müəyyən edilməsini təmin etmək;
- Reproduktiv problemləri vaxtında aşkar etmək və onların aradan qaldırılması istiqamətində baytar həkimlə birgə fəaliyyət göstərmək;
- Mayalanma, hamiləlik, doğuş və digər reproduktiv göstəricilərlə bağlı məlumatların qeydiyyatını aparmaq və müvafiq hesabatlar hazırlamaq;
- Sürünün reproduktiv effektivliyinin artırılması və doğuşlararası intervalın optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun olaraq reproduktiv proseslərin səmərəli idarə edilməsinə və süd istehsalının davamlılığının təmin olunmasına dəstək göstərmək.
İş şərtləri:
- İş ünvanı: Kürdəmir rayonu;
- İş qrafiki: 6 günlük;
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssis” qeyd etməyiniz xahiş olunur.