Skip to content
GoJob
Back to jobs

Mühasibatlıq və HR üzrə Praktiki Təcrübə Proqramı (İş İmkanı ilə)

BAA CONSULTİNGHR specialist job in Baku

Salary: No salary given

Market average: 950 AZN

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
September 12, 2026
Views
619
Applications
51
Apply before
December 11, 2026

Human Resources jobs in Baku

About this job

BAA CONSULTİNG is hiring an HR specialist in Baku. Full-time, on-site. Apply by email, directly to the employer.

Mühasibatlıq və HR üzrə Praktiki Təcrübə Proqramı (İş İmkanı ilə) 

“BAA CONSULTİNG” – Mühasibatlıq, Vergi, Kadr uçotu və digər xidmətlər üzrə 10 ildən artıq təcrübəyə malik olan konsaltinq şirkəti olaraq Praktiki Mühasibatlıq və HR üzrə sıfırdan tam praktiki şəkildə keçirilən təcrübə proqramına Oktyabr-Noyabr ayları qruplarına yeni qəbul elan olundu.

İlk öncə onu qeyd edək ki, “BAA CONSULTİNG” nəzdində fəaliyyət göstərən “BAA ACADEMY” olaraq biz sizə öz peşəkar işimizi öyrədirik! 

Proqram sizə nə qazandıracaq?

  • Real şirkət üzərindən canlı iş təcrübəsi
  •  Dövlət portalları və mühasibat sistemləri ilə praktika
  • Risklər və cərimələr barədə məlumat real nümunələrlə
  • Video dərslər və materiallar
  • Rəsmi sertifikat (CONSULTİNG tərəfindən)

Uğurlu iştirakçılar üçün işə qəbul imkanı

Kimlər müraciət edə bilər?

  • Mühasibatlıq və HR sahəsinə marağı olanlar
  • Yeni başlayanlar
  • Təcrübəsi olmayan məzunlar
  • Karyerasını dəyişmək istəyənlər

Qeyd: Proqram ödənişli əsaslarla təşkil olunur.

Müddət 3 ay

Həftədə 2 dəfə-2saat (ofis şəraitində Praktiki təcrübə imkanı)

Nələri öyrənəcəksiniz:

  • Yenilənmiş New.e-taxes.gov.az işləmək 
  • Bütün növ qaimə formalarının (təqdim etmə qaimələri, dəqiqləşdirilmiş (qiymət artımı və azalması qaimələri) qaimələr, geri qaytarma qaimələri və s.) hazırlanıb göndərilməsi.
  • Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Mal və Xidmət -Fəaliyyət kodlarının əldə olunması.
  • Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması.
  • Əmək haqqlarının hesablanması, əmək haqqlarından hansı növ tutulmaların olmasının müəyyənləşdirilməsi;
  • Bəyannamə sisteminin bütün bölmələri haqqında ümümi məlumat.
  • Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün formada analiz edilməsi.
  • Mövcud ərizə formaları haqqında ətraflı məlumat.
  • Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
  • Təsərrüfat obyektinin (subyektinin) qeydiyyata alınması; (Təsərrüfat obyektinin qeydiyyatdan çıxarılması, dayandarılması və s ərizə formaların hazırlanıb göndərilməsi)
  • Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması;
  • Bank sistemi ilə tanışlıq; 
  • İnternet banking üzrə əməliyyatlar(bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
  • Əmək haqqı kartlarının sifarişi;
  • Biznes kartların sifarişi;
  • E Custom gov.az vergi sistemində gömrük kodunun alınması.

Hesabatlar

  • Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;DSMF hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
  • Sadələşdirilmiş bəyannamənin hazırlanması;
  • ÖMV bəyannaməsinin hazırlanması; 
  • ƏDV bəyannaməsinin hazırlanması 

Əlavə olaraq kadr uçotu da öyrədilir.

Kadr uçotu

  • Müəssisənin kadr uçotunun qurulması və aparılması;
  • Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
  • Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
  • İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı;
  • Bank hesabının əlavə edilməsi;
  • Müəssisənin strukturunun yaradılması;
  • Ştatların yaradılması;
  • Ştatın vakansiya bankına göndərilməsi;
  • İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
  • Əmək müqavilələrinə dəyişikliklərin edilməsi;
  • İşçinin əmək müqaviləsinə xitam verilməsi.
  • Şirkət daxili Əmək müqavilələrinin hazırlanması;
  • Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması;
  • İşə qəbul dəyişiklik əmr və ərizələrinin hazırlanması;
  • Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi;
  • Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
  • Ezamiyyə sənədinin hazırlanması
  • Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması;
  • Xitam əmr və ərizələrinin hazırlanması;
  • Son haqq hesabların hesablanması;
  • Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.

Əlaqə +994102609967

More jobs at BAA CONSULTİNG

Jobs at BAA CONSULTİNG

About BAA CONSULTİNG

Open jobs
3
Main city
Baku

Who they hire

  • HR specialist
  • accountant

BAA CONSULTİNG jobs: 3 open jobs on GoJob right now, most of them in Baku. The company most often hires for HR specialist and accountant. All BAA CONSULTİNG careers openings are on the company page.

All BAA CONSULTİNG jobs (3)

Questions about the Mühasibatlıq və HR üzrə Praktiki Təcrübə Proqramı (İş İmkanı ilə) job

What is the salary?

The average HR specialist salary in Baku on GoJob is 950 AZN (14 jobs in 3 months). The job states no salary; HR specialist jobs in Baku usually pay 800–1,150 AZN.

What are the hours?

Employment: Full time.

Can I work remotely?

No, the job is on site.

Where is the job?

Bakı.

How do I apply?

Press “Apply”: the company's email opens, send your CV there.