Hüquqşünas - İnsan resursları üzrə mütəxəssis
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)HR specialist job in Baku
Salary: from 1,500 ₼ / month
Market average: 950 AZN
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 23, 2026
- Views
- 677
- Applications
- 55
- Apply before
- December 23, 2026
- Category
- Human Resources
About this job
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) is hiring an HR specialist in Baku. Full-time, on-site, salary 1,500 AZN. Apply by email, directly to the employer.
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
Hüquqi təminat üzrə:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanmasını, razılaşdırılmasını və hüquqi ekspertizasını həyata keçirmək;
- Xidmətin fəaliyyətinə aid qanunvericilik aktlarını araşdırmaq, onların tətbiqi ilə bağlı hüquqi rəylər və təkliflər hazırlamaq;
- Xidmətin struktur bölmələrinə fəaliyyət istiqamətləri üzrə hüquqi məsləhət və dəstək göstərmək;
- Daxili idarəetmə qaydalarının, prosedurların, və digər daxili sənədlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək;
- Xidmətə daxil olan hüquqi xarakterli müraciətləri, ərizə və şikayətləri araşdırmaq, müvafiq qanunvericiliyin tələblərinə uyğun cavab məktublarını və digər sənədləri hazırlamaq;
- Dövlət orqanlarından və digər təşkilatlardan daxil olan hüquqi məsələlərlə bağlı sorğuları və müraciətləri aidiyyəti üzrə araşdırmaq, müvafiq cavab layihələrini hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
İnsan resurslarının idarə edilməsi üzrə:
- İşçilərin işə qəbulu, başqa işə keçirilməsi, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamı ilə bağlı prosesləri həyata keçirmək, müvafiq əmək müqavilələrini, əlavə və dəyişiklikləri, habelə kadr əmrlərini hazırlamaq;
- Əmək münasibətləri üzrə sənədləşməni və ƏMAS altsistemində müvafiq əməliyyatları həyata keçirmək, elektron imzalanma prosesini təşkil etmək, işçilərin şəxsi işlərinin formalaşdırılmasını, kadr sənədlərinin düzgün tərtibini və uçotunu, habelə məzuniyyətlərin planlaşdırılması, rəsmiləşdirilməsi və uçotunu təmin etmək;
- İşçilərin davamiyyətinə və iş vaxtının uçotuna nəzarət etmək, tabel məlumatlarını hazırlamaq;
- İşçi heyətinə olan tələbatın müəyyənləşdirilməsində, vakansiyaların hazırlanmasında, namizədlərin seçimi prosesində iştirak etmək;
Namizədə dair tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Hüquq və/və ya insan resurslarının idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə, Mülki Məcəlləni, İnzibati Xətalar Məcəlləsini və digər aidiyyəti normativ hüquqi aktları bilmək;
- Əmək münasibətlərinin hüquqi tənzimlənməsi və kadr kargüzarlığının aparılması üzrə bilik və praktiki bacarıqlar;
- ƏMAS altsistemi və digər elektron dövlət portalları ilə işləmək bacarığı;
- Müqavilələrin, hüquqi sənədlərin, rəsmi məktubların, hüquqi rəylərin, ərizə və şikayətlərə cavabların hazırlanması və təhlili bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşünmə, araşdırma və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, detallara diqqət və komandada işləmək bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron ünvanına, mövzu hissəsindəHüquqşünas - İnsan resursları üzrə mütəxəssis yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır
Similar jobs
HR specialist job in BakuRifah Qrup, Bakı
HR specialist job in BakuTəhsil Texnologiyaları Mərkəzi, Bakı
HR specialist job in BakuAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu, Bakı
HR specialist job in BakuModulX, Bakı, Yasamal
HR specialist job in BakuMan-G, Bakı
HR specialist job in BakuZeytun Pharmaceuticals, Bakı
HR specialist job in BakuPrior Leasing, Bakı, Nərimanov
About Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
- Open jobs
- 1
- Last 6 months
- 9
- Main city
- Baku
Who they hire
- accountant
- architect
- auditor
- cost controller
- cost estimator
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) jobs: this is the company's only open job on GoJob right now. The company most often hires for accountant, architect, auditor, cost controller and cost estimator. Over the last 6 months, working at Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) was offered in 9 job posts. Salaries in Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) job posts are usually 1,360–1,500 AZN a month. All Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) careers openings are on the company page.
All Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) jobs (1)Questions about the Hüquqşünas - İnsan resursları üzrə mütəxəssis job
What is the salary?
from 1,500 ₼ / month. The average HR specialist salary in Baku on GoJob is 950 AZN (14 jobs in 3 months). This job offers 1,500 AZN, 58% above average.
What are the hours?
Employment: Full time.
Can I work remotely?
No, the job is on site.
Where is the job?
Bakı.
How do I apply?
Press “Apply”: the company's email opens, send your CV there.