Hüquqşünas - İnsan resursları üzrə mütəxəssis
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Bakıda insan resursları üzrə mütəxəssis vakansiyası
Maaş: 1.500 ₼-dən / ay
Orta maaş: 950 AZN
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 23 noyabr 2026
- Baxış
- 677
- Müraciət
- 55
- Son müraciət tarixi
- 23 dekabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş, maaş 1 500 AZN. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
Hüquqi təminat üzrə:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanmasını, razılaşdırılmasını və hüquqi ekspertizasını həyata keçirmək;
- Xidmətin fəaliyyətinə aid qanunvericilik aktlarını araşdırmaq, onların tətbiqi ilə bağlı hüquqi rəylər və təkliflər hazırlamaq;
- Xidmətin struktur bölmələrinə fəaliyyət istiqamətləri üzrə hüquqi məsləhət və dəstək göstərmək;
- Daxili idarəetmə qaydalarının, prosedurların, və digər daxili sənədlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək;
- Xidmətə daxil olan hüquqi xarakterli müraciətləri, ərizə və şikayətləri araşdırmaq, müvafiq qanunvericiliyin tələblərinə uyğun cavab məktublarını və digər sənədləri hazırlamaq;
- Dövlət orqanlarından və digər təşkilatlardan daxil olan hüquqi məsələlərlə bağlı sorğuları və müraciətləri aidiyyəti üzrə araşdırmaq, müvafiq cavab layihələrini hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
İnsan resurslarının idarə edilməsi üzrə:
- İşçilərin işə qəbulu, başqa işə keçirilməsi, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamı ilə bağlı prosesləri həyata keçirmək, müvafiq əmək müqavilələrini, əlavə və dəyişiklikləri, habelə kadr əmrlərini hazırlamaq;
- Əmək münasibətləri üzrə sənədləşməni və ƏMAS altsistemində müvafiq əməliyyatları həyata keçirmək, elektron imzalanma prosesini təşkil etmək, işçilərin şəxsi işlərinin formalaşdırılmasını, kadr sənədlərinin düzgün tərtibini və uçotunu, habelə məzuniyyətlərin planlaşdırılması, rəsmiləşdirilməsi və uçotunu təmin etmək;
- İşçilərin davamiyyətinə və iş vaxtının uçotuna nəzarət etmək, tabel məlumatlarını hazırlamaq;
- İşçi heyətinə olan tələbatın müəyyənləşdirilməsində, vakansiyaların hazırlanmasında, namizədlərin seçimi prosesində iştirak etmək;
Namizədə dair tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Hüquq və/və ya insan resurslarının idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə, Mülki Məcəlləni, İnzibati Xətalar Məcəlləsini və digər aidiyyəti normativ hüquqi aktları bilmək;
- Əmək münasibətlərinin hüquqi tənzimlənməsi və kadr kargüzarlığının aparılması üzrə bilik və praktiki bacarıqlar;
- ƏMAS altsistemi və digər elektron dövlət portalları ilə işləmək bacarığı;
- Müqavilələrin, hüquqi sənədlərin, rəsmi məktubların, hüquqi rəylərin, ərizə və şikayətlərə cavabların hazırlanması və təhlili bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşünmə, araşdırma və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, detallara diqqət və komandada işləmək bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron ünvanına, mövzu hissəsindəHüquqşünas - İnsan resursları üzrə mütəxəssis yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır
Oxşar vakansiyalar
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıRifah Qrup, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıTəhsil Texnologiyaları Mərkəzi, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıModulX, Bakı, Yasamal
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıMan-G, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıZeytun Pharmaceuticals, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıPrior Leasing, Bakı, Nərimanov
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) haqqında
- Aktiv vakansiya
- 1
- Son 6 ayda
- 9
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- mühasib
- memar
- auditor
- xərclərə nəzarət üzrə mütəxəssis
- smetaçı
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Şirkət əsasən mühasib, memar, auditor, xərclərə nəzarət üzrə mütəxəssis və smetaçı vəzifələrinə işçi axtarır. Son 6 ayda Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) şirkətində iş üçün 9 vakansiya dərc olunub. Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) vakansiyalarında maaş adətən 1 360–1 500 AZN arasındadır. Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi): bütün vakansiyalar (1)«Hüquqşünas - İnsan resursları üzrə mütəxəssis» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
1.500 ₼-dən / ay. GoJob-da Bakıda insan resursları üzrə mütəxəssis vakansiyalarında orta maaş 950 AZN-dir (son 3 ayda 14 vakansiya). Bu vakansiyada 1 500 AZN təklif olunur — ortadan 58% yüksək.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.