İnformasiya texnologiyaları üzrə mütəxəssis
Stark Technology MMCBakıda IT mütəxəssisi vakansiyası
Maaş: 1.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar
Vakansiya haqqında
Stark Technology MMC Bakıda IT mütəxəssisi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Şirkətin daxili İT infrastrukturunun, kompüterlərin, serverlərin və şəbəkə sistemlərinin idarə olunması və texniki dəstəyinin təmin edilməsi;
- Windows əməliyyat sistemlərinin və Microsoft 365 platformalarının quraşdırılması, sazlanması və idarə olunması;
- Şirkətin LAN, WAN, VPN və Wi-Fi şəbəkələrinin qurulması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
- Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə İT və şəbəkə həllərinin hazırlanması və tətbiqi;
- Layihə obyektlərində şəbəkə infrastrukturunun qurulması, IP ünvanlama planlarının hazırlanması və şəbəkə avadanlıqlarının sazlanması;
- CCTV, IP videomüşahidə, NVR/DVR, Access Control, IP telefoniya və digər zəif axın sistemlərinin şəbəkəyə inteqrasiyası və konfiqurasiyası;
- Strukturlaşdırılmış Kabel Sistemləri (SCS), LAN və Fiber Optik şəbəkə infrastrukturu üzrə texniki işlərin həyata keçirilməsi;
- Layihələr çərçivəsində quraşdırılan İT və şəbəkə avadanlıqlarının test edilməsi, sazlanması və istismara verilməsi;
- Layihələr üçün texniki tələblərə uyğun İT və şəbəkə avadanlıqlarının seçilməsində iştirak edilməsi;
- Texniki sənədlərin, şəbəkə sxemlərinin, IP ünvanlama planlarının və avadanlıq siyahılarının hazırlanması;
- Layihə obyektlərində yaranan texniki problemlərin operativ şəkildə aşkarlanması və aradan qaldırılması;
- Şirkət əməkdaşlarına texniki dəstəyin göstərilməsi və daxil olan müraciətlərin cavablandırılması;
- Antivirus, Firewall, məlumatların ehtiyat nüsxələnməsi (Backup) və informasiya təhlükəsizliyi sistemlərinə nəzarət edilməsi;
- İT avadanlıqlarının, proqram təminatlarının və lisenziyaların uçotunun aparılması.
Namizədə dair tələblər
- İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- İT sahəsində minimum 2 il iş təcrübəsi;
- Şəbəkə sistemlərinin qurulması, konfiqurasiyası və texniki dəstəyi üzrə praktiki biliklər;
- Active Directory və Microsoft 365 üzrə biliklər;
- TCP/IP, VLAN, Routing, Switching, DHCP, DNS və VPN texnologiyaları üzrə biliklər;
- MikroTik, Cisco, Fortinet və ya digər şəbəkə avadanlıqları ilə işləmək bacarığı;
- CCTV, IP kameralar, NVR/DVR və Access Control sistemlərinin iş prinsipləri və şəbəkəyə inteqrasiyası üzrə biliklər;
- PoE texnologiyası, UTP/FTP və Fiber Optik kabel infrastrukturu üzrə biliklər;
- Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) üzrə bilik və praktiki bacarıqlar;
- İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki problemlərin aradan qaldırılması bacarığı;
- Texniki sənədləri ingilis dilində oxuma və anlama bacarığı;
- Analitik düşüncə, operativ qərarvermə və problemlərin həlli bacarığı;
- Komandada işləmək və layihə heyəti ilə koordinasiyanı təmin etmək bacarığı;
- Layihə obyektlərində texniki işlərin həyata keçirilməsinə və ezamiyyətlərə hazır olmaq.
- Üstünlüklər
- Hikvision, Dahua, ZKTeco, Suprema və digər təhlükəsizlik sistemləri istehsalçılarının avadanlıqları ilə iş təcrübəsi;
- Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə iştirak təcrübəsi;
- Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) və Fiber Optik sistemlər üzrə sertifikatların olması;
İş şəraiti
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi;
- Əmək haqqı: 1000-1500 Azn (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnformasiya Texnologiyaları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.