Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət üzrə Menecer
Grand-Agro MMCQuality control specialist job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Volunteer
- Posted
- October 28, 2026
- Apply before
- November 27, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
Grand-Agro MMC is hiring a quality control specialist in Baku. Volunteer. Apply directly to the employer.
Təsvir
- Qanunvericilik və beynəlxalq standartlara uyğun sənədlərin hazırlanması və idarə edilməsi;
- Müəssisənin Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi, monitorinqi və təkmilləşdirilməsi;
- Sertifikasiya və resertifikasiya proseslərinin təşkili və nəzarətdə saxlanılması;
- İllik daxili audit planının hazırlanması, auditlərin aparılması və nəticələrin izlənilməsi;
- Uyğunsuzluqların səbəblərinin təhlili və düzəldici tədbirlərin icrasına nəzarət;
- Struktur bölmələrə KİS üzrə metodiki dəstəyin göstərilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
- Biznes proseslərinin təhlili, monitorinqi və optimallaşdırılmasında iştirak;
- Rəhbərlik üçün KİS üzrə hesabatların və statistik məlumatların hazırlanması;
- HACCP, qida təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə əməl olunmasının təmin edilməsi;
- Qida təhlükəsizliyi risklərinin, CCP və OPRP nəzarət tədbirlərinin izlənilməsi, uyğunsuzluqların vaxtında bildirilməsi;
- Müvafiq monitorinq, yoxlama və davamlı təkmilləşdirmə tədbirlərində iştirak.
Tələblər
- Təhsil: Qida mühəndisliyi, keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi və ya müvafiq sahələr üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Biliklər: ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklər;
- Daxili auditlərin aparılması və uyğunsuzluqların idarə edilməsi üzrə təcrübə;
- Sertifikasiya və resertifikasiya prosesləri haqqında biliklər;
- Biznes proseslərinin təhlili və sənədləşdirilməsi bacarığı;
- MS Office proqramları üzrə biliklər;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Təlim dəstəyi
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.