Əsas məzmuna keç
GoJob

Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət üzrə Menecer

Grand-Agro MMCBakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Grand-Agro MMC Bakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Qanunvericilik və beynəlxalq standartlara uyğun sənədlərin hazırlanması və idarə edilməsi;
  • Müəssisənin Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi, monitorinqi və təkmilləşdirilməsi;
  • Sertifikasiya və resertifikasiya proseslərinin təşkili və nəzarətdə saxlanılması;
  • İllik daxili audit planının hazırlanması, auditlərin aparılması və nəticələrin izlənilməsi;
  • Uyğunsuzluqların səbəblərinin təhlili və düzəldici tədbirlərin icrasına nəzarət;
  • Struktur bölmələrə KİS üzrə metodiki dəstəyin göstərilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Biznes proseslərinin təhlili, monitorinqi və optimallaşdırılmasında iştirak;
  • Rəhbərlik üçün KİS üzrə hesabatların və statistik məlumatların hazırlanması;
  • HACCP, qida təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə əməl olunmasının təmin edilməsi;
  • Qida təhlükəsizliyi risklərinin, CCP və OPRP nəzarət tədbirlərinin izlənilməsi, uyğunsuzluqların vaxtında bildirilməsi;
  • Müvafiq monitorinq, yoxlama və davamlı təkmilləşdirmə tədbirlərində iştirak.

Tələblər

  • Təhsil: Qida mühəndisliyi, keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi və ya müvafiq sahələr üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Biliklər: ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklər;
  • Daxili auditlərin aparılması və uyğunsuzluqların idarə edilməsi üzrə təcrübə;
  • Sertifikasiya və resertifikasiya prosesləri haqqında biliklər;
  • Biznes proseslərinin təhlili və sənədləşdirilməsi bacarığı;
  • MS Office proqramları üzrə biliklər;

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Təlim dəstəyi
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Grand-Agro MMC şirkətinin digər vakansiyaları

Grand-Agro MMC vakansiyaları