Səyahətlər üzrə Koordinator
VeysəloğluCoordinator job in Baku
Salary: No salary given
- Location
- Bakı, Nizami
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 16, 2026
- Apply before
- November 15, 2026
- Category
- Logistics & Transport
About this job
Veysəloğlu is hiring a coordinator in Baku (Nizami district). Full-time. Apply directly to the employer.
Əsas Vəzifə öhdəlikləri:
- Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
- Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını həyata keçirmək;
- Ezamiyyət məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq;
- Viza tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək;
- Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək;
- Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə etmək;
Əsas Tələblər:
- Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
- Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə. Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir;
- Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar;
- Turların seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə;
- Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin edilməsi;
- Azərbaycan, ingilis və rus dillərini bilmək;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək bacarığı;
- Əvvəlcədən razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq.
İş şərtləri:
- İş məkanı: Azure Biznes Mərkəzi
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
- Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Səyahətlər üzrə Koordinator” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.