Əsas məzmuna keç
GoJob

Səyahətlər üzrə Koordinator

Bakıda koordinator vakansiyasıVeysəloğlu

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Nizami
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Veysəloğlu Bakının Nizami rayonunda koordinator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas Vəzifə öhdəlikləri:

  • Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
  • Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını həyata keçirmək;
  • Ezamiyyət məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq;
  • Viza tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək;
  • Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək;
  • Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə etmək;

Əsas Tələblər:

  • Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
  • Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə. Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir;
  • Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar;
  • Turların seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə;
  • Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin edilməsi;
  • Azərbaycan, ingilis və rus dillərini bilmək;
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək bacarığı;
  • Əvvəlcədən razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq.

İş şərtləri:

  • İş məkanı: Azure Biznes Mərkəzi
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir
  • Servis Xidməti Mövcuddur

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Səyahətlər üzrə Koordinator” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Veysəloğlu şirkətinin digər vakansiyaları

Veysəloğlu vakansiyaları