Nəqliyyat üzrə koordinator
Cronos ConstructionCoordinator job in Baku
Salary: No salary given
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 23, 2026
- Apply before
- November 22, 2026
- Category
- Logistics & Transport
About this job
Cronos Construction is hiring a coordinator in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.
İş yeri: Qarabağ və regionlar
Vəzifə öhdəlikləri
- Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin həyata keçirilməsi;
- Nəqliyyat vasitələrinin və texnikaların texniki vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili;
- Aşkar olunan texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
- Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi;
- Sürücülərin fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası;
- Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların müəyyənləşdirilməsi;
- Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə müvafiq sənədləşmə və hesabatların aparılması;
- Nəqliyyat vasitələrinin və tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar qaydaları haqqında biliklər;
- Yük avtomobilləri, minik avtomobilləri, ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması;
- Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini təşkil etmək bacarığı;
- Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
- Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində işləmək imkanı.
Üstünlük: Tikinti şirkətlərində nəqliyyat vasitələri və xüsusi texnikaların idarə olunması, istismarı və texniki xidmətinin təşkili sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Nəqliyyat üzrə koordinator” qeyd etməyiniz xahiş olunur.