Əsas məzmuna keç
GoJob

Nəqliyyat üzrə koordinator

Cronos ConstructionBakıda koordinator vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Cronos Construction Bakının Nərimanov rayonunda koordinator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Qarabağ və regionlar

Vəzifə öhdəlikləri

  • Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin həyata keçirilməsi;
  • Nəqliyyat vasitələrinin və texnikaların texniki vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili;
  • Aşkar olunan texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
  • Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
  • Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi;
  • Sürücülərin fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası;
  • Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların müəyyənləşdirilməsi;
  • Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə müvafiq sənədləşmə və hesabatların aparılması;
  • Nəqliyyat vasitələrinin və tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.

Tələblər

  • Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar qaydaları haqqında biliklər;
  • Yük avtomobilləri, minik avtomobilləri, ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması;
  • Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini təşkil etmək bacarığı;
  • Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
  • Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində işləmək imkanı.

Üstünlük: Tikinti şirkətlərində nəqliyyat vasitələri və xüsusi texnikaların idarə olunması, istismarı və texniki xidmətinin təşkili sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Nəqliyyat üzrə koordinator” qeyd etməyiniz xahiş olunur.

Cronos Construction şirkətinin digər vakansiyaları

Cronos Construction vakansiyaları