Skip to content
GoJob
Back to jobs

Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer

UPSOL Trade and LogisticsNəqliyyat və logistika əməliyyatları üzrə menecer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 19, 2026
Views
676
Applications
41
Apply before
December 19, 2026

Logistics, Warehouse & Procurement jobs in Baku

About this job

UPSOL Trade and Logistics is hiring for the role “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” in Baku. Full-time. Apply directly to the employer.

İş yeri: Bakı

Vəzifənin məqsədi

  • Şirkətin öz avtoparkının və kənar daşıyıcılarla həyata keçirilən yükdaşımaların idarə edilməsi, nəqliyyat əməliyyatlarının planlaşdırılması, sürücülərə, sənədləşməyə, texniki xidmətə və daşımaların vaxtında icrasına nəzarət.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin idarə edilməsi.
  • Sürücülərin işinin təşkili, fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət.
  • Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin razılaşdırılması.
  • Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili və nəzarətdə saxlanılması.
  • CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması.
  • Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.
  • Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə nəzarət.
  • Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili.
  • Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi.
  • Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli.

Namizədə tələblər

  • Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi.
  • Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.
  • Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.
  • Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.
  • Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı.
  • Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.
  • Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.
  • MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.
  • Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.

İş şərtləri

  • Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.
  • Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi.

Əsas gözləntimiz

  • Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir.

CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Similar jobs