Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer
UPSOL Trade and LogisticsBakıda nəqliyyat və logistika əməliyyatları üzrə menecer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 noyabr 2026
- Baxış
- 676
- Müraciət
- 41
- Son müraciət tarixi
- 19 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
UPSOL Trade and Logistics Bakıda «Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Bakı
Vəzifənin məqsədi
- Şirkətin öz avtoparkının və kənar daşıyıcılarla həyata keçirilən yükdaşımaların idarə edilməsi, nəqliyyat əməliyyatlarının planlaşdırılması, sürücülərə, sənədləşməyə, texniki xidmətə və daşımaların vaxtında icrasına nəzarət.
Əsas vəzifə öhdəlikləri
- Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin idarə edilməsi.
- Sürücülərin işinin təşkili, fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət.
- Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin razılaşdırılması.
- Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili və nəzarətdə saxlanılması.
- CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması.
- Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.
- Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə nəzarət.
- Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili.
- Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi.
- Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli.
Namizədə tələblər
- Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi.
- Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.
- Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.
- Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.
- Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı.
- Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.
- Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.
- MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.
- Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.
İş şərtləri
- Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.
- Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi.
Əsas gözləntimiz
- Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir.
CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.