Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)
Amina and S GroupInspector job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Temporary
- Posted
- November 20, 2026
- Views
- 680
- Applications
- 28
- Apply before
- December 20, 2026
- Category
- Construction & Real Estate
About this job
Amina and S Group is hiring an inspector in Baku. Temporary. Apply directly to the employer.
Vəzifə və öhdəliklər:
- Müvəqqəti yolun tikintisi üzrə aparılan bütün mülki inşaat işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğuna nəzarət etmək;
- Yol tikintisi zamanı torpaq işləri, qazıntı, əsasın hazırlanması, geotekstil və geogrid materiallarının döşənməsi, karbonat və çınqıl qatlarının sərilməsi və sıxlaşdırılması proseslərinə keyfiyyət nəzarətini həyata keçirmək;
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) uyğun yerinə yetirilməsini təmin etmək;
- Yolun layihə üzrə eni, hündürlük səviyyələri, qat qalınlıqları, maillikləri və digər texniki göstəricilərinin uyğunluğunu yoxlamaq;
- Torpaq və yol tikintisi materialları üzrə laboratoriya sınaqlarının təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək;
- Sıxlaşdırma, materialların dənəvərlik tərkibi, nəmlik və digər müvafiq sınaqların layihə tələblərinə uyğun aparılmasını izləmək;
- Mülki sınaq laboratoriyaları ilə koordinasiyanı təmin etmək, laboratoriya hesabatlarını və sınaq protokollarını yoxlamaq;
- Tikinti sahəsinə daxil olan materialların keyfiyyət sertifikatlarını, mənşə sənədlərini və texniki göstəricilərini yoxlamaq;
- İşlərin mərhələlər üzrə yoxlanılmasını təşkil etmək, yoxlama sorğularını (Inspection Request – IR) hazırlamaq və müvafiq təsdiqləri izləmək;
- Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
- Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və müvafiq QC hesabatlarını hazırlamaq;
- Ölçü və sınaq avadanlıqlarının kalibrləmə sənədlərinin qüvvədə olmasını yoxlamaq;
- Sifarişçi, podratçı, subpodratçılar və laboratoriya nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin etmək;
- Tikinti sahəsində daxili və xarici keyfiyyət auditlərində iştirak etmək;
- Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və təhvil-təslim sənədlərinin hazırlanmasında iştirak etmək;
- Vəzifəsinin icrası ilə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Mülki mühəndislik, inşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Mülki inşaat sahəsində keyfiyyətə nəzarət üzrə minimum 5 il iş təcrübəsi;
- Yol tikintisi layihələrində praktiki iş təcrübəsi;
- Mülki sınaq laboratoriyaları ilə işləmək və laboratoriya sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı;
- Torpaq işləri, yol əsaslarının hazırlanması, materialların sıxlaşdırılması və keyfiyyət göstəricilərinin yoxlanılması üzrə texniki biliklər;
- Method Statement, ITP, IR, NCR və digər keyfiyyət sənədləri ilə işləmək bacarığı;
- Tikinti işçi cizgilərini, texniki spesifikasiyaları və müvafiq standartları oxumaq və tətbiq etmək bacarığı;
- Keyfiyyətə nəzarət üzrə beynəlxalq və yerli normativ sənədlər haqqında biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət və hesabatvermə bacarığı;
- İngilis dili biliyi üstünlükdür;
- Yüksək məsuliyyət, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı;
- Layihə sahəsində işləməyə hazır olmaq.
İş şəraiti:
- İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, Müvəqqəti yolun çəkilişi;
- Müqavilə müddəti: 3 ay, layihənin ehtiyaclarına uyğun olaraq uzadılması mümkündür;
- Əməkhaqqı: Namizədin təcrübəsi və peşəkar bilikləri əsasında müsahibə zamanı müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt elektron ünvanına göndərə bilərlər