Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)

Amina and S GroupВакансия контролёра в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Временная
Опубликовано
20 ноября 2026 г.
Просмотры
680
Отклики
28
Приём заявок до
20 декабря 2026 г.

Вакансии в категории «Строительство и недвижимость» в городе Баку

О вакансии

Amina and S Group ищет контролёра в Баку. Временная работа. Отклик напрямую работодателю.

Vəzifə və öhdəliklər:

  • Müvəqqəti yolun tikintisi üzrə aparılan bütün mülki inşaat işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğuna nəzarət etmək;
  • Yol tikintisi zamanı torpaq işləri, qazıntı, əsasın hazırlanması, geotekstil və geogrid materiallarının döşənməsi, karbonat və çınqıl qatlarının sərilməsi və sıxlaşdırılması proseslərinə keyfiyyət nəzarətini həyata keçirmək;
  • Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) uyğun yerinə yetirilməsini təmin etmək;
  • Yolun layihə üzrə eni, hündürlük səviyyələri, qat qalınlıqları, maillikləri və digər texniki göstəricilərinin uyğunluğunu yoxlamaq;
  • Torpaq və yol tikintisi materialları üzrə laboratoriya sınaqlarının təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək;
  • Sıxlaşdırma, materialların dənəvərlik tərkibi, nəmlik və digər müvafiq sınaqların layihə tələblərinə uyğun aparılmasını izləmək;
  • Mülki sınaq laboratoriyaları ilə koordinasiyanı təmin etmək, laboratoriya hesabatlarını və sınaq protokollarını yoxlamaq;
  • Tikinti sahəsinə daxil olan materialların keyfiyyət sertifikatlarını, mənşə sənədlərini və texniki göstəricilərini yoxlamaq;
  • İşlərin mərhələlər üzrə yoxlanılmasını təşkil etmək, yoxlama sorğularını (Inspection Request – IR) hazırlamaq və müvafiq təsdiqləri izləmək;
  • Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və müvafiq QC hesabatlarını hazırlamaq;
  • Ölçü və sınaq avadanlıqlarının kalibrləmə sənədlərinin qüvvədə olmasını yoxlamaq;
  • Sifarişçi, podratçı, subpodratçılar və laboratoriya nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin etmək;
  • Tikinti sahəsində daxili və xarici keyfiyyət auditlərində iştirak etmək;
  • Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və təhvil-təslim sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Vəzifəsinin icrası ilə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Mülki mühəndislik, inşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Mülki inşaat sahəsində keyfiyyətə nəzarət üzrə minimum 5 il iş təcrübəsi;
  • Yol tikintisi layihələrində praktiki iş təcrübəsi;
  • Mülki sınaq laboratoriyaları ilə işləmək və laboratoriya sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı;
  • Torpaq işləri, yol əsaslarının hazırlanması, materialların sıxlaşdırılması və keyfiyyət göstəricilərinin yoxlanılması üzrə texniki biliklər;
  • Method Statement, ITP, IR, NCR və digər keyfiyyət sənədləri ilə işləmək bacarığı;
  • Tikinti işçi cizgilərini, texniki spesifikasiyaları və müvafiq standartları oxumaq və tətbiq etmək bacarığı;
  • Keyfiyyətə nəzarət üzrə beynəlxalq və yerli normativ sənədlər haqqında biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət və hesabatvermə bacarığı;
  • İngilis dili biliyi üstünlükdür;
  • Yüksək məsuliyyət, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı;
  • Layihə sahəsində işləməyə hazır olmaq.

İş şəraiti:

  • İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, Müvəqqəti yolun çəkilişi;
  • Müqavilə müddəti: 3 ay, layihənin ehtiyaclarına uyğun olaraq uzadılması mümkündür;
  • Əməkhaqqı: Namizədin təcrübəsi və peşəkar bilikləri əsasında müsahibə zamanı müəyyən ediləcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt elektron ünvanına göndərə bilərlər

Другие вакансии компании Amina and S Group

Вакансии Amina and S Group