Planning Engineer
PASHA Real Estate GroupPlanning engineer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- August 31, 2026
- Apply before
- October 29, 2026
- Category
- Construction & Real Estate
About this job
PASHA Real Estate Group is hiring a planning engineer in Baku. Full-time. Apply directly to the employer.
Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir.
Əsas Öhdəliklər:
1. Layihə Cədvəllərinin Hazırlanması
- Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi.
- Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması.
- Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi.
2. İrəliləyişin Monitorinqi
- Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək.
- Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq.
- Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək.
3. Hesabatlılıq
Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması:
- Plan / Fakt müqayisəsi
- Critical Path analizi
- Gecikmələr və təklif olunan tədbirlər
Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması.
4. Gecikmə və Mitigasiya Analizi
- EOT və gecikmə təsiri üzrə ilkin təhlil.
- Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi.
- Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi.
5. Koordinasiya və Kommunikasiya
- Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq.
- Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək.
Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.