Əsas məzmuna keç
GoJob

Planning Engineer

PASHA Real Estate GroupBakıda planlama mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
31 avqust 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

PASHA Real Estate Group Bakıda planlama mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir.


Əsas Öhdəliklər:


1. Layihə Cədvəllərinin Hazırlanması

  • Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi.
  • Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması.
  • Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi.

2. İrəliləyişin Monitorinqi

  • Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək.
  • Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq.
  • Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək.

3. Hesabatlılıq

Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması:

  • Plan / Fakt müqayisəsi
  • Critical Path analizi
  • Gecikmələr və təklif olunan tədbirlər

Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması.

4. Gecikmə və Mitigasiya Analizi

  • EOT və gecikmə təsiri üzrə ilkin təhlil.
  • Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi.
  • Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi.

5. Koordinasiya və Kommunikasiya

  • Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq.
  • Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək.

Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.

PASHA Real Estate Group şirkətinin digər vakansiyaları

PASHA Real Estate Group vakansiyaları