Skip to content
GoJob

SPA şöbəsi üzrə qeydiyyatçı

Mercure Hotels Baku CityRegistrar job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 5, 2026
Apply before
November 4, 2026

Hospitality & Tourism jobs in Baku

About this job

Mercure Hotels Baku City is hiring a registrar in Baku. Full-time. Apply directly to the employer.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Telefon, elektron poçt və digər kanallar vasitəsilə daxil olan SPA rezervasiya müraciətlərini qəbul etmək və idarə etmək;
  • Qonaqlara SPA xidmətləri, prosedurlar, qiymətlər və mövcudluq barədə ətraflı məlumat vermək;
  • SPA rezervasiyalarını sistemə düzgün daxil etmək və dəyişiklikləri vaxtında həyata keçirmək;
  • Rezervasiyaların təsdiqi, ləğvi və dəyişdirilməsi ilə bağlı qonaqlara operativ məlumat vermək;
  • Qonaqları qarşılamaq, qeydiyyat və çıxış proseslərini həyata keçirmək;
  • Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti əməkdaşlara düzgün şəkildə yönləndirmək;
  • SPA şöbəsinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq və hesabatların hazırlanmasına dəstək olmaq;
  • SPA və digər hotel şöbələri ilə koordinasiyalı işləmək;
  • Hotelin xidmət standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək.

Namizədə tələblər:

  • SPA, Front Office, Reception və ya hotelçilik sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür;
  • SPA və ya hotel rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət və müştəri xidmətləri bacarığı;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Səliqəli və nəzakətli görünüş;
  • Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SPA şöbəsi üzrə qeydiyyatçı” qeyd etmələri xahiş olunur.

More jobs at Mercure Hotels Baku City

Jobs at Mercure Hotels Baku City