Rəhbər Köməkçisi
Proxima TechRəhbər köməkçisi job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 2, 2026
- Apply before
- December 2, 2026
- Category
- Office & Administration
About this job
Proxima Tech is hiring for the role “Rəhbər Köməkçisi” in Baku. Full-time. Apply directly to the employer.
Komandamıza Rəhbər Köməkçisi axtarırıq. Bu, sadəcə təqvim aparan deyil, işi başlanğıcından nəticəsinə qədər izləyən bir mövqedir — gündəlik ritmi yüksək, qərarların sürətlə verildiyi, şirkətin ən geniş şəbəkəsinə sahib rollardan biri.
Nə edəcəksiniz
Vaxt və təqvim
- Rəhbərin gündəlik, həftəlik və aylıq təqvimini aparmaq; görüş, zəng və tədbirləri prioritetlərə uyğun planlaşdırmaq, təsdiqləmək və yenidən təyin etmək; vacib tarixləri və son müddətləri vaxtında xatırlatmaq.
Tapşırıqların icra nəzarəti (bu rolun mərkəzi hissəsidir)
- Şöbə rəhbərlərinə və əməkdaşlara verilən tapşırıqları vahid siyahıda aparmaq, icra müddətlərinə nəzarət etmək, gecikən və gözləmədə olan işlər barədə müntəzəm məlumat vermək.
Görüşlər
- Daxili və xarici görüşləri (şirkətlər, dövlət qurumları, banklar, tərəfdaşlar) təşkil etmək; gündəlik və sənədləri hazırlamaq, iştirakçılar haqqında qısa brifinq vermək; protokol aparmaq, nəticələri konkret tapşırıqlara çevirmək və follow-up etmək.
Yazışma və sənəd dövriyyəsi
- Rəhbər adından rəsmi məktublar və cavablar hazırlamaq (AZ / RU / EN); imzaya təqdim olunan sənədləri hazırlamaq və yoxlamaq; müqavilə və razılaşmaların arxivini nizamlı saxlamaq; məxfi sənədlərlə məxfilik qaydalarına uyğun işləmək.
Təqdimat və hesabatlar
- Təqdimatlar, brifinq vərəqləri və hesabatlar hazırlamaq; şöbələrdən məlumat toplayaraq həftəlik və aylıq xülasələr tərtib etmək.
İnzibati dəstək
- Səfərləri (bilet, otel, viza, proqram) planlaşdırmaq və xərcləri qeydə almaq; iclaslar və korporativ tədbirlərin təşkilində iştirak etmək; tərəfdaş və müştərilərin əlaqə bazasını aktual saxlamaq.
Sizdən gözləntilərimiz
- Ali təhsil (biznes, filologiya, beynəlxalq münasibətlər üstünlükdür)
- Rəhbər köməkçisi vəzifəsində ən azı 2–3 il təcrübə
- Azərbaycan dili — mükəmməl; rus və ingilis dilləri — işgüzar yazışma apara biləcək səviyyədə (B2–C1)
- MS Office (Word, Excel, PowerPoint), Outlook və ya Google Workspace, Zoom/Teams üzrə inamlı istifadə
- AI alətlərindən gündəlik işdə istifadə bacarığı — mətn hazırlama, tərcümə, görüş qeydlərinin transkripsiyası və xülasələnməsi üçün (ChatGPT, Claude, Copilot və bənzərləri)
- Eyni anda bir neçə işi idarə etmək, prioritetləşdirmək və işi sona çatdırmaq vərdişi
- Məxfiliyə sadiqlik, təşəbbüskarlıq, səliqəlilik, təzyiq altında sakit işləmək bacarığı
Üstünlük sayılır
- Texnologiya və ya konsaltinq sektorunda təcrübə
- Tapşırıq izləmə alətləri ilə iş təcrübəsi (Odoo, Jira, Asana, Notion, Trello və s.)
- Beynəlxalq səfər və protokol təcrübəsi
Təklif edirik
- Şirkətin idarəetmə mərkəzində işləmə imkanı
- Regional miqyasda layihələrə (Azərbaycan, BƏƏ, Özbəkistan) birbaşa cəlb olunma
- AI alətlərini gündəlik işində real istifadə edən müasir komanda
- Rəqabətli əməkhaqqı və rəsmi əmək müqaviləsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.