Skip to content
GoJob
Back to jobs

Satış meneceri

Chip.az MMCSales manager job in Baku

Salary: from 600 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 16, 2026
Views
698
Applications
33
Apply before
December 16, 2026

Sales & Retail jobs in Baku

About this job

Chip.az MMC is hiring a sales manager in Baku. Full-time, salary 600 AZN. Apply directly to the employer.

İş şəraiti

  • İş yeri: CHİP.AZ MMC
  • İş yeri ünvanı: Süleyman Sani Axundov 437e
  • Əmək haqqı: 600 Azn (+Bonus)

Vəzifə öhdəlikləri:

  • Verilmiş layihə üzrə satış prosesini idarə etmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Potensial müştərilərlə görüşlər keçirmək, danışıqlar aparmaq və satış sövdələşmələrini nəticələndirmək;
  • Satış strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Yeni korporativ müştəriləri müəyyənləşdirmək, cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
  • Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini qorumaq və satış həcmini artırmaq;
  • Müştərilərin ehtiyaclarını təhlil etmək və uyğun kommersiya təklifləri hazırlamaq;
  • Aylıq və illik satış planlarını hazırlamaq, müəyyən edilmiş satış göstəricilərinə nail olmaq;
  • Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək və ehtiyaclarına uyğun məhsul və həllər təklif etmək;
  • Layihənin gedişatı, satış nəticələri və müştəri münasibətləri barədə mütəmadi hesabatlar hazırlamaq;
  • Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini təhlil edərək satış imkanlarını müəyyənləşdirmək.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • Korporativ satış və müştəri münasibətlərinin idarə edilməsi sahəsində minimum 2 İl iş təcrübəsi;
  • Satış strategiyalarının hazırlanması və satış hədəflərinin icrası üzrə praktiki təcrübə;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dilini bilmək üstünlükdür;
  • ERP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
  • Güclü ünsiyyət, təqdimat, danışıqlar və müştəri idarəetmə bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar, analitik düşüncəli və nəticəyönümlü olmaq.

CV-lərinizi “Mövzu” hissəsində “Satış Meneceri” qeyd etməklə qeyd olunan nömrəyə göndərməyiniz xahiş olunur: 0703292064

Similar jobs