Satış meneceri
Chip.az MMCBakıda satış meneceri vakansiyası
Maaş: 600 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 16 noyabr 2026
- Baxış
- 698
- Müraciət
- 33
- Son müraciət tarixi
- 16 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
Chip.az MMC Bakıda satış meneceri axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş yeri: CHİP.AZ MMC
- İş yeri ünvanı: Süleyman Sani Axundov 437e
- Əmək haqqı: 600 Azn (+Bonus)
Vəzifə öhdəlikləri:
- Verilmiş layihə üzrə satış prosesini idarə etmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Potensial müştərilərlə görüşlər keçirmək, danışıqlar aparmaq və satış sövdələşmələrini nəticələndirmək;
- Satış strategiyasını hazırlamaq və həyata keçirmək;
- Yeni korporativ müştəriləri müəyyənləşdirmək, cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
- Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini qorumaq və satış həcmini artırmaq;
- Müştərilərin ehtiyaclarını təhlil etmək və uyğun kommersiya təklifləri hazırlamaq;
- Aylıq və illik satış planlarını hazırlamaq, müəyyən edilmiş satış göstəricilərinə nail olmaq;
- Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək və ehtiyaclarına uyğun məhsul və həllər təklif etmək;
- Layihənin gedişatı, satış nəticələri və müştəri münasibətləri barədə mütəmadi hesabatlar hazırlamaq;
- Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini təhlil edərək satış imkanlarını müəyyənləşdirmək.
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Korporativ satış və müştəri münasibətlərinin idarə edilməsi sahəsində minimum 2 İl iş təcrübəsi;
- Satış strategiyalarının hazırlanması və satış hədəflərinin icrası üzrə praktiki təcrübə;
- Korporativ müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanması bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dilini bilmək üstünlükdür;
- ERP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
- Güclü ünsiyyət, təqdimat, danışıqlar və müştəri idarəetmə bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar, analitik düşüncəli və nəticəyönümlü olmaq.
CV-lərinizi “Mövzu” hissəsində “Satış Meneceri” qeyd etməklə qeyd olunan nömrəyə göndərməyiniz xahiş olunur: 0703292064