Satış rəhbəri
Sonder TradeHead of sales job in Baku
Salary: No salary given
About this job
Sonder Trade is hiring a head of sales in Baku. Full-time. Apply directly to the employer.
Əsas vəzifələr:
- Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Satış komandasının idarə olunması və iş bölgüsünün aparılması;
- Aylıq, rüblük və illik satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Böyük kosmetika şəbəkələri və strateji müştərilərlə kommersiya əlaqələrinin idarə olunması;
- Yeni satış kanallarının və biznes imkanlarının müəyyənləşdirilməsi;
- Distribusiya şəbəkəsinin genişləndirilməsi;
- Satış komandasının KPI-larının müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi;
- Satış planlarının, büdcələrin və proqnozların hazırlanması;
- Müştərilər və satış komandası arasında koordinasiyanın təmin edilməsi;
- Bazar, rəqib və satış nəticələrinin təhlili;
- Satış proseslərinin optimallaşdırılması və inkişaf etdirilməsi;
- Şirkət rəhbərliyinə mütəmadi satış hesabatlarının təqdim edilməsi;
- Komandanın motivasiyası, inkişafı və performansının idarə olunması;
- Əsas müştərilərlə görüşlərdə şirkəti təmsil etmək və kommersiya danışıqlarını aparmaq.
Namizədə tələblər:
- Satış sahəsində iş təcrübəsi;
- FMCG, kosmetika, retail və ya distribusiya sahəsində təcrübə üstünlükdür;
- Satış komandasının idarə edilməsi üzrə praktiki təcrübə;
- Böyük müştərilər və şəbəkələrlə danışıqlar aparmaq bacarığı;
- Güclü liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Satış strategiyası və KPI sistemi ilə işləmək təcrübəsi;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür;
- MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
- Aktiv və dinamik iş mühitində işləmək bacarığı.
Təklif edirik:
- Stabil və inkişaf edən şirkətdə iş imkanı;
- Kosmetika və distribusiya sektorunda peşəkar inkişaf imkanı;
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Peşəkar və dinamik komanda;
- Karyera inkişafı üçün imkanlar.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər.
E-mail mövzusunda müraciət edilən vəzifənin adının qeyd olunması xahiş olunur:“Satış Rəhbəri”