Əsas məzmuna keç
GoJob

Satış rəhbəri

Sonder TradeBakıda satış rəhbəri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
31 oktyabr 2026
Son müraciət tarixi
30 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Sonder Trade Bakıda satış rəhbəri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifələr:

  • Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Satış komandasının idarə olunması və iş bölgüsünün aparılması;
  • Aylıq, rüblük və illik satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Böyük kosmetika şəbəkələri və strateji müştərilərlə kommersiya əlaqələrinin idarə olunması;
  • Yeni satış kanallarının və biznes imkanlarının müəyyənləşdirilməsi;
  • Distribusiya şəbəkəsinin genişləndirilməsi;
  • Satış komandasının KPI-larının müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi;
  • Satış planlarının, büdcələrin və proqnozların hazırlanması;
  • Müştərilər və satış komandası arasında koordinasiyanın təmin edilməsi;
  • Bazar, rəqib və satış nəticələrinin təhlili;
  • Satış proseslərinin optimallaşdırılması və inkişaf etdirilməsi;
  • Şirkət rəhbərliyinə mütəmadi satış hesabatlarının təqdim edilməsi;
  • Komandanın motivasiyası, inkişafı və performansının idarə olunması;
  • Əsas müştərilərlə görüşlərdə şirkəti təmsil etmək və kommersiya danışıqlarını aparmaq.

Namizədə tələblər:

  • Satış sahəsində iş təcrübəsi;
  • FMCG, kosmetika, retail və ya distribusiya sahəsində təcrübə üstünlükdür;
  • Satış komandasının idarə edilməsi üzrə praktiki təcrübə;
  • Böyük müştərilər və şəbəkələrlə danışıqlar aparmaq bacarığı;
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Satış strategiyası və KPI sistemi ilə işləmək təcrübəsi;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür;
  • MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
  • Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Aktiv və dinamik iş mühitində işləmək bacarığı.

Təklif edirik:

  • Stabil və inkişaf edən şirkətdə iş imkanı;
  • Kosmetika və distribusiya sektorunda peşəkar inkişaf imkanı;
  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Peşəkar və dinamik komanda;
  • Karyera inkişafı üçün imkanlar.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər.

E-mail mövzusunda müraciət edilən vəzifənin adının qeyd olunması xahiş olunur:“Satış Rəhbəri”

Oxşar vakansiyalar