Təchizat Müdiri
Army GroupTəchizat müdiri job
Salary: from 2,000 ₼ / month
- Location
- Abşeron
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 16, 2026
- Views
- 693
- Applications
- 55
- Apply before
- December 16, 2026
About this job
Army Group is hiring for the role “Təchizat Müdiri”. Full-time, salary 2,000 AZN. Apply directly to the employer.
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Təchizat Müdiri tələb olunur.
İş şəraiti:
- Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
- Əmək haqqı: 2000 - 3000 AZN (Müsahibə əsasında dəyişə bilər)
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatı: 09:00 – 18:00
- Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.
Namizədə dair əsas tələblər:
- Ali təhsil və Təchizat sahəsində rəhbər vəzifədə minimum 2-3 il iş təcrübəsi;
- Təmir-tikinti işləri üzrə bilik və təcrübə;
- Metal məmulatları, kvadrat profillər və digər tikinti materialları haqqında məlumatlı olmaq;
- Smeta və podrat müqavilələri ilə işləmək bacarığı;
- Təchizatçılarla danışıqlar aparmaq və qiymət təkliflərini müqayisə etmək bacarığı;
- MS Office, xüsusilə Excel bilikləri;
- Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı.
- Ezamlara və şəhər daxili yollanışlara açıq olmaq.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin material və xidmətlərə olan tələbatını müəyyən etmək, illik və aylıq təchizat planlarını hazırlamaq;
- Təchizat büdcəsini idarə etmək, xərclərə nəzarət etmək və optimallaşdırma təklifləri vermək;
- Təchizat zənciri proseslərinin fasiləsizliyini təmin etmək;
- Şirkətdaxili təchizat sorğularının vaxtında işlənməsini və icrasını təmin etmək;
- Təmir-tikinti işləri üzrə material və xidmətlərin təchizatını təşkil etmək;
- Metal məmulatları, kvadrat profillər, borular, armatur və digər tikinti materiallarının təchizatını həyata keçirmək;
- Təchizatçılarla danışıqlar aparmaq, qiymət təkliflərini toplamaq və müqayisə etmək;
- Təmir-tikinti işləri üzrə smetaların hazırlanması və podrat müqavilələri ilə işləmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.