Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Təchizat Müdiri

Army GroupTəchizat müdiri vakansiyası

Maaş: 2.000 ₼-dən / ay

Yerləşmə
Abşeron
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 noyabr 2026
Baxış
693
Müraciət
55
Son müraciət tarixi
16 dekabr 2026

Vakansiya haqqında

Army Group «Təchizat Müdiri» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 2 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Təchizat Müdiri tələb olunur.

İş şəraiti:

  • Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
  • Əmək haqqı: 2000 - 3000 AZN (Müsahibə əsasında dəyişə bilər)
  • İş qrafiki: Tam iş günü (5 gün)
  • İş saatı: 09:00 – 18:00
  • Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.

Namizədə dair əsas tələblər:

  • Ali təhsil və Təchizat sahəsində rəhbər vəzifədə minimum 2-3 il iş təcrübəsi;
  • Təmir-tikinti işləri üzrə bilik və təcrübə;
  • Metal məmulatları, kvadrat profillər və digər tikinti materialları haqqında məlumatlı olmaq;
  • Smeta və podrat müqavilələri ilə işləmək bacarığı;
  • Təchizatçılarla danışıqlar aparmaq və qiymət təkliflərini müqayisə etmək bacarığı;
  • MS Office, xüsusilə Excel bilikləri;
  • Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı.
  • Ezamlara və şəhər daxili yollanışlara açıq olmaq.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin material və xidmətlərə olan tələbatını müəyyən etmək, illik və aylıq təchizat planlarını hazırlamaq;
  • Təchizat büdcəsini idarə etmək, xərclərə nəzarət etmək və optimallaşdırma təklifləri vermək;
  • Təchizat zənciri proseslərinin fasiləsizliyini təmin etmək;
  • Şirkətdaxili təchizat sorğularının vaxtında işlənməsini və icrasını təmin etmək;
  • Təmir-tikinti işləri üzrə material və xidmətlərin təchizatını təşkil etmək;
  • Metal məmulatları, kvadrat profillər, borular, armatur və digər tikinti materiallarının təchizatını həyata keçirmək;
  • Təchizatçılarla danışıqlar aparmaq, qiymət təkliflərini toplamaq və müqayisə etmək;
  • Təmir-tikinti işləri üzrə smetaların hazırlanması və podrat müqavilələri ilə işləmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Army Group şirkətinin digər vakansiyaları

Army Group vakansiyaları