Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Videoqraf / Mobilqraf

Odontos LTDBakıda videoqraf vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
636
Müraciət
51
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Dizayn, Foto və Video üzrə iş elanları

Vakansiya haqqında

Odontos LTD Bakının Nərimanov rayonunda videoqraf axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“ODONTOS” MMC “Videoqraf / Mobilqraf” vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) üçün kreativ video kontentlərin hazırlanması;
  • Reels, Stories, reklam və tanıtım videolarının çəkilişi;
  • Peşəkar kamera və mobil telefon vasitəsilə keyfiyyətli çəkilişlərin həyata keçirilməsi;
  • Çəkilmiş videoların montajı, rəng korreksiyası və səs effektlərinin əlavə edilməsi;
  • Kreativ çəkiliş ideyalarının hazırlanması və həyata keçirilməsi;
  • Sosial media trendlərinin izlənilməsi və kontentlərdə tətbiqi;
  • Marketinq və SMM komandası ilə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Videoqrafiya və ya mobilqrafiya sahəsində minimum 1 il iş təcrübəsi;
  • Peşəkar kamera və mobil çəkiliş texnikalarını bilmək;
  • CapCut, Adobe Premiere Pro, After Effects və ya digər montaj proqramlarında işləmək bacarığı;
  • İşıqlandırma, kadr kompozisiyası və çəkiliş bucaqları haqqında biliklər;
  • Sosial media platformalarının video formatları və aktual trendləri haqqında məlumatlı olmaq;
  • Kreativ düşüncə və vizual zövq;
  • Operativ, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Reklam və kommersiya çəkilişlərində təcrübə; (üstünlükdür)
  • Ssenari və kontent ideyalarının hazırlanmasında təcrübə.
  • Motion Graphics (üstünlükdür)

İş şəraiti

  • İş saatı: 09:00-18:00
  • İş qrafiki – 6 gün (həftə içi - 09.00 - 18.00, şənbə günü – 09.00 – 14.00)

Tələblər

  • Yaş: 25– 45
  • İş təcrübəsi: 1-3 ilədək
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
  • Peşəkar komanda və karyera yüksəlişi imkanları;
  • Çəkliş avadanlıqları şirkət tərəfidən təmin olunur. 
  • Korporativ nömrə

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Videoqraf / Mobilqraf” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyi xahiş olunur. 

Odontos LTD şirkətinin digər vakansiyaları

Odontos LTD vakansiyaları