Перейти к содержимому
GoJob

Məhkəmə işləri üzrə hüquqşünas

Prior LeasingВакансия юриста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı, Nərimanov
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
2 ноября 2026 г.
Приём заявок до
2 декабря 2026 г.
Категория
Право

Вакансии в категории «Право» в городе Баку

О вакансии

Prior Leasing ищет юриста в Баку (район Нариманов). Полная занятость. Отклик напрямую работодателю.

Namizədə olan tələblər:

  • Ali təhsil(Hüquq);
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində hüquq sahəsi üzrə iş təcrübəsinin olması;
  • Məhkəmə işlərinin aparılması və prosessual sənədlərin hazırlanması üzrə ilkin praktiki təcrübə;
  • Kredit və lizinq müqavilələrindən irəli gələn hüquqi münasibətlər və mübahisələr barədə praktiki biliklər;
  • Elektron məhkəmə informasiya sistemi ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Lizinq müqavilələrindən və digər mülki-hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə məhkəmə işlərinin aparılması;
  • İddia ərizələrinin, etirazların, vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin, habelə digər prosessual sənədlərin hazırlanması;
  • Müvafiq səlahiyyətlər əsasında şirkətin məhkəmələrdə təmsil edilməsi və məhkəmə iclaslarında iştirak;
  • Məhkəmə işləri üzrə zəruri sənədlərin və sübutların toplanması, təhlili və sistemləşdirilməsi;
  • Məhkəmə proseslərinin gedişatının, məhkəmə iclaslarının tarixlərinin və prosessual müddətlərin izlənilməsi;
  • Məhkəmə qərarlarının təhlili və növbəti prosessual tədbirlərlə bağlı təkliflərin hazırlanması;
  • Məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlı zəruri prosedurların həyata keçirilməsi və işlərin icra üzrə məsul hüquqşünasa təhvil verilməsi;
  • Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə işlərinin izlənilməsi və müvafiq əməliyyatların aparılması;
  • Məhkəmə işləri üzrə elektron reyestrin aparılması və məlumatların mütəmadi yenilənməsi;
  • Görülmüş işlər, əldə edilmiş nəticələr, mövcud problemlər və növbəti tədbirlər barədə həftəlik və aylıq hesabatların hazırlanması;
  • Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük;
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhkəmə işləri üzrə hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Другие вакансии компании Prior Leasing

Вакансии Prior Leasing