Перейти к содержимому
GoJob

Aparıcı Hüquqşünas

VeysəloğluВакансия юриста в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı, Nizami
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
7 октября 2026 г.
Приём заявок до
11 ноября 2026 г.
Категория
Право

Вакансии в категории «Право» в городе Баку

О вакансии

Veysəloğlu ищет юриста в Баку (район Низами). Полная занятость. Отклик напрямую работодателю.

Veyseloglu Group of Companies Aparıcı Hüquqşünas vakansiyasını açıq elan edir

Vəzifə öhdəlikləri: 

  • Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələrin, razılaşdırmaların aparılması;
  • Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
  • Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
  • Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
  • Şirkətin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və / və ya onlara hüquqi rəy verilməsi;
  • Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət qeydiyyatının həyata keçirilməsi;

Tələblər: 

  • Ali hüquq təhsili;
  • Şirkətlərdə və ya tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, -antiinhisar, miqrasiya, valyuta       tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi; -İngilis, rus və / və ya türk dillərində  ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
  • Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığı.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftə içi)
  • Nahar: Təmin edilir
  • Rəqabətli əmək haqqı və mükafat sistemi.
  • Peşəkar inkişaf imkanları və təlim proqramları.
  • Müasir iş mühiti və layihələrdə iştirak. 

 Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Другие вакансии компании Veysəloğlu

Вакансии Veysəloğlu