Enerji effektivliyi və enerji auditləri üzrə Memar
EnergazerBakıda memar vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Energazer Bakının Nərimanov rayonunda memar axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat / Ofisdə
Sahə: Enerji effektivliyi / Enerji auditi / Bina zərfi
Vəzifə haqqında
- Binaların enerji auditlərində aktiv iştirak edəcək, obyektlərdə baxış və ölçmələr aparacaq, bina zərfinin istilik-texniki göstəricilərini təhlil edib texniki hesabatlar və təkliflər hazırlayacaq təcrübəli memar axtarırıq.
Vəzifə öhdəlikləri
- Enerji auditlərində binaların memarlıq və bina zərfi (divar, dam, döşəmə, pəncərə və qapılar) üzrə texniki qiymətləndirilməsi;
- Obyektlərdə vizual baxış, ölçü götürmə və mövcud vəziyyətin foto və çertyojlarla sənədləşdirilməsi;
- Termal kamera ilə istilik körpülərinin, hava sızmalarının və izolyasiya çatışmazlıqlarının müəyyən edilməsi;
- Konstruksiyaların istilik ötürmə əmsallarının (U-dəyəri) və istilik itkilərinin hesablanması;
- Mövcud vəziyyət (as-built) çertyojlarının və enerji modeli üçün bina həndəsəsinin hazırlanması;
- İstilik izolyasiyası, fasad və pəncərə üzrə enerjiyə qənaət tədbirlərinin (ECM) hazırlanması və maya dəyərinin qiymətləndirilməsi;
- Enerji auditi hesabatlarının memarlıq hissəsinin hazırlanması; layihə komandası və müştərilərlə koordinasiya.
Əsas kvalifikasiya tələbləri
- Memarlıq üzrə ali təhsil;
- Memarlıq və ya layihələndirmə sahəsində minimum 3 il peşəkar iş təcrübəsi (mütləqdir);
- AutoCAD və Revit və ya ArchiCAD proqramlarında sərbəst işləmək;
- Tikinti materiallarının istilik-texniki xüsusiyyətləri və izolyasiya həlləri üzrə biliklər;
- Tikinti normaları və qaydaları (AzDTN, SNiP) üzrə biliklər; texniki hesabat hazırlamaq bacarığı;
- MS Excel ilə işləmək; regionlara ezamiyyətə hazır olmaq.
Üstünlük veriləcək
- Enerji auditi, enerji effektivliyi və ya yaşıl bina layihələrində təcrübə;
- DesignBuilder, EnergyPlus və ya digər enerji modelləşdirmə proqramları; termal kamera ilə iş təcrübəsi;
- LEED, BREEAM, EN ISO 6946, EN ISO 13790 üzrə biliklər; ingilis və rus dilləri.
Təklif edirik
- Enerji auditi və enerji effektivliyi layihələrində iştirak;
- Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Architect – Energy Efficiency & Energy Audit
Energazer şirkətinin digər vakansiyaları
Bakıda keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyasıEnergazer, Bakı, Nərimanov
Bakıda koordinator vakansiyasıEnergazer, Bakı, Nərimanov
Bakıda beynəlxalq bazarların inkişafı üzrə mütəxəssis vakansiyasıEnergazer, Bakı, Nərimanov
Bakıda energetika sektoru üzrə satış mühəndisi vakansiyasıEnergazer, Bakı, Nərimanov