Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis
AFFASosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Xətai
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 3 ноября 2026 г.
- Приём заявок до
- 3 декабря 2026 г.
- Категория
- Производство и сельское хозяйство
Вакансии в категории «Производство и сельское хозяйство» в городе Баку
О вакансии
AFFA ищет сотрудника на должность «Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis» в Баку (район Хатаи). Полная занятость. Отклик напрямую работодателю.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;
- Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;
- Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;
- Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;
- SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;
- Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;
- Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;
- Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Uşaq hüquqları üzrə biliklər;
- Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;
- Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;
- Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
- Yüksək ünsiyyət və davranış mədəniyyəti;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;
- Yüksək səviyyədə rus dili biliyi.
İş şəraiti:
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;
Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Похожие вакансии
Вакансия инженера по контролю качества в БакуWorkplace Interiors LLC, Bakı
Proseslərin standartlaşdırılması üzrə mütəxəssis — вакансия в БакуFoodcity Agropark, Bakı
Reporting specialist — вакансия в БакуBaku Shipyard LLC, Bakı, Qaradağ
Вакансия специалиста по операциям в БакуPARLA Pharmaceuticals, Bakı