Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis
AFFABakıda sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 3 noyabr 2026
- Son müraciət tarixi
- 3 dekabr 2026
- Kateqoriya
- İstehsalat və Kənd Təsərrüfatı
Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar
Vakansiya haqqında
AFFA Bakının Xətai rayonunda «Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;
- Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;
- Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;
- Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;
- SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;
- Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;
- Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;
- Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Uşaq hüquqları üzrə biliklər;
- Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;
- Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;
- Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
- Yüksək ünsiyyət və davranış mədəniyyəti;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;
- Yüksək səviyyədə rus dili biliyi.
İş şəraiti:
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;
Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Bakıda keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyasıWorkplace Interiors LLC, Bakı
Bakıda proseslərin standartlaşdırılması üzrə mütəxəssis vakansiyasıFoodcity Agropark, Bakı
Bakıda reporting specialist vakansiyasıBaku Shipyard LLC, Bakı, Qaradağ
Bakıda əməliyyatlar üzrə mütəxəssis vakansiyasıPARLA Pharmaceuticals, Bakı