Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis
AFFASosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis job in Baku
Salary: No salary given
- Location
- Bakı, Xətai
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 3, 2026
- Apply before
- December 3, 2026
- Category
- Manufacturing & Agriculture
About this job
AFFA is hiring for the role “Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə mütəxəssis” in Baku (Khatai district). Full-time. Apply directly to the employer.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;
- Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;
- Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;
- Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;
- SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;
- Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;
- Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;
- Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Uşaq hüquqları üzrə biliklər;
- Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;
- Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;
- Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
- Yüksək ünsiyyət və davranış mədəniyyəti;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;
- Yüksək səviyyədə rus dili biliyi.
İş şəraiti:
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;
Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.