İnzibatçı
Bakıda administrator vakansiyasıAvant Construction
Maaş: 800 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 15 oktyabr 2026
- Son müraciət tarixi
- 14 noyabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Avant Construction Bakıda administrator axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə funksiyaları:
- Ofis inventarının (mebel, texnika, avadanlıq, ləvazimat) qeydiyyatı və uçotunu aparmaq, siyahını daim yeniləmək
- Ofis üçün zəruri ləvazimatların sifarişini təşkil etmək, ehtiyat səviyyəsini izləmək və vaxtında təchizatı təmin etmək
- Şirkət avtomobillərinin sənədləşməsi, texniki baxışı, yanacaq, təmir işləri və sürücülərin iş qrafikinin idarə olunmasına nəzarət
- Ofis otaqlarının, ümumi məkanların (mətbəx, iclas otaqları və s.) gündəlik təmizliyi və qaydasına nəzarət etmək
- Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək.
- Yeni əməkdaşları iş masası, texniki avadanlıq, ləvazimat və digər ofis ehtiyacları ilə təmin etmək
- İnzibati xərclər və büdcə üzrə məlumatları toplamaq, hesabatların hazırlanmasına dəstək göstərmək;
- Rəhbər heyət və əməkdaşların işgüzar səfərlərini, nəqliyyat və digər əlaqəli inzibati məsələləri təşkil etmək;
- Ofisdə təmir, texniki xidmət işlərinin təşkili və nəzarət edilməsi
Vəzifəyə olan tələblər:
- Bəy namizəd
- Təhsil: Ali təhsil( İdarəetmə, iqtisadiyyat, hüquq və ya əlaqəli sahə)
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili və Rus dili-yaxşı
- Təşkilatçılıq, çoxtapşırıqlı iş bacarığı, diqqətcil və məsuliyyətli olmaq
- Yaxşı ünsiyyət və əməkdaşlıq bacarığı
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri - Çıraq Plaza
- Əmək Haqqı: 800 -1000 AZN (net)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İnzibatçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.