Əsas məzmuna keç
GoJob

Senior AI / Computer Vision Specialist

PredsolBakıda AI mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

Predsol Bakıda AI mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə təsviri:

  • OCR, foto keyfiyyət nəzarəti, görüntü analizi, üz tanıma/yoxlama və əlaqəli AI xidmətlərinin məhsula inteqrasiyası, ölçülməsi və təkmilləşdirilməsi.

Öhdəliklər:

  • Seriya nömrəsi/oxunuş kimi məlumatların OCR ilə çıxarılması üzrə keyfiyyət qapılarının qurulması, yalan pozitiv/neqativ ölçümü
  • Üz tanıma/yoxlama xidmətinin (FastAPI əsaslı, liveness yoxlaması daxil) production stabilliyinin təmin edilməsi
  • Görüntü əsaslı analiz və qeyd emalı üçün batch skriptlərin hazırlanması
  • OCR pipeline-larının qurulması (server-side validasiya daxil olmaqla)
  • Qiymətləndirmə dəstlərinin (eval set) hazırlanması, dəqiqlik/recall ölçülməsi, hesabatların çıxarılması
  • Backend komandası ilə API müqaviləsinin razılaşdırılması; frontend komandasından rəylərin toplanması
  • Model/host tələbləri üzrə DevOps komandası ilə birgə iş.

Tələblər:

  • Computer vision/OCR/embedding sahəsində 2+ il təcrübə və ya güclü portfel
  • Production səviyyəli Python API xidməti yazma bacarığı
  • Backend TypeScript kodunu oxuyub inteqrasiya edə bilmək (üstünlük).

Üstünlük təşkil edən keyfiyyətlər:

  • Sənəd/sayğac OCR, barkod+OCR birləşməsi təcrübəsi
  • Liveness/anti-spoof təcrübəsi
  • Batch processing, GPU server təcrübəsi

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00 

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior AI  Computer Vision Specialist” başlıqı ilə göndərsin. 

Predsol şirkətinin digər vakansiyaları

Predsol vakansiyaları