Əsas məzmuna keç
GoJob

Senior Mobile Developer (Android+İOS)

Bakıda mobil developer vakansiyasıPredsol

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

Predsol Bakıda mobil developer axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə təsviri:

  • Sahə işçiləri üçün istifadə olunan mobil tətbiqlərin (məlumat toplama, qeydiyyat, yoxlama və digər sahə iş axınları) Android və iOS platformalarında inkişafı, buraxılışı və dəstəklənməsi. Offline-first arxitektura, kamera, GPS və sinxronizasiya əsas prioritetdir

Öhdəliklər:

  • Mövcud native Android tətbiqlərinin (Kotlin, Jetpack Compose) inkişafı və dəstəklənməsi
  • Eyni biznes məntiqi ilə iOS versiyalarının hazırlanması (Swift/SwiftUI və ya React Native/Expo — komanda qərarına uyğun)
  • Offline növbə (local storage), background sinxronizasiya mexanizmləri
  • Kamera, foto sıxma, barkod oxuma, GPS və xəritə inteqrasiyası
  • API ilə iş: multipart yükləmə, autentifikasiya, in-app yeniləmə/paylama axınları
  • Staging və production buraxılışlar
  • QA və DevOps komandaları ilə birgə tətbiqin paylanması (daxili kanal, marketplace və ya enterprise)

Tələblər:

  • 3+ il mobil tətbiq hazırlama təcrübəsi; ən azı bir platformada production buraxılış
  • İkinci platformaya (iOS və ya Android) peşəkar səviyyədə keçid bacarığı və ya full-stack mobil təcrübə
  • Offline və sinxronizasiya təcrübəsi (zəif şəbəkə şəraitində işləmə)
  • App Store/Play Store (və ya daxili paylama) prosesləri üzrə bilik

Üstünlük təşkil edən keyfiyyətlər:

  • Sahə əməliyyatları və ya utility tipli mobil tətbiqlərdə təcrübə
  • Daxili APK/tətbiq yeniləmə mexanizmləri qurma təcrübəsi

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Mobile Developer” başlıqı ilə göndərsin. 

Predsol şirkətinin digər vakansiyaları

Predsol vakansiyaları