Əsas məzmuna keç
GoJob

Senior QA / Test Engineer (Manual + Automation)

PredsolBakıda QA mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

Predsol Bakıda QA mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə təsviri:

  • Məhsulun buraxılış qapısı olaraq kritik biznes axınlarının, rolların, mobil offline funksionallığının və AI nəticələrinin sınaqdan keçirilməsi.

Öhdəliklər:

  • Test planlarının, regression paketlərinin və P0 checklist-lərin hazırlanması
  • Rol × səhifə matrisasının (müxtəlif istifadəçi rolları üzrə) qurulması
  • API smoke testləri, UI regression testləri
  • Mobil: Android/iOS sahə axınlarının, zəif şəbəkə şəraitinin, foto/GPS funksionallığının sınağı
  • Sinxronizasiya xətalarının təsnifatı və sənədləşdirilməsi
  • Avtomatlaşdırma: Playwright və/və ya Vitest, CI-yə bağlı smoke testlər
  • Bug triage, severity müəyyənləşdirmə, release go/no-go qərarlarına dəstək
  • AI alətləri ilə test skripti/checklist generasiyası — öz review-u ilə

Tələblər:

  • 2+ il QA təcrübəsi; API və UI testlərini birlikdə aparma bacarığı
  • Test sənədləşdirməsi və bug report keyfiyyəti üzrə güclü bacarıqlar
  • Yeni domeni öyrənməyə açıqlıq.

Üstünlük təşkil edən keyfiyyətlər:

  • E2E avtomatlaşdırma, mobil cihaz laboratoriyası təcrübəsi
  • Performance/load testləri (bulk sinxronizasiya) təcrübəsi

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior QA Test Engineer” başlıqı ilə göndərsin. 

Predsol şirkətinin digər vakansiyaları

Predsol vakansiyaları