Avtomatlaşdırma və elektronika üzrə mühəndis
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 sentyabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
PMD Projects MMC şirkətinin digər vakansiyaları
Bakıda istedadların cəlb edilməsi üzrə mütəxəssis vakansiyasıPMD Projects MMC, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıPMD Projects MMC, Bakı