Beynəlxalq bazarların inkişafı üzrə mütəxəssis
EnergazerBakıda beynəlxalq bazarların inkişafı üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Satış
Vakansiya haqqında
Energazer Bakının Nərimanov rayonunda «Beynəlxalq bazarların inkişafı üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat / Ofisdə
Sahə: Beynəlxalq biznesin inkişafı / Energetika
Vəzifə haqqında
- Rumıniya və Ukrayna enerji bazarlarını araşdıran, potensial müştəri və tərəfdaşları müəyyən edən, yeni biznes imkanlarını kommersiya əlaqələrinə çevirən mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Rumıniya və Ukrayna enerji bazarları, rəqiblər və investisiya imkanlarının araşdırılması;
- Yeni korporativ müştəri, EPC tərəfdaşı və mühəndislik şirkətlərinin müəyyən edilməsi;
- Enerji effektivliyi, enerji auditi, bərpa olunan enerji və elektrik infrastrukturu layihələrinin izlənilməsi;
- Hər iki ölkədə tender, satınalma və donor maliyyəli layihələrin araşdırılması;
- E-mail, telefon, LinkedIn və onlayn görüşlərlə aktiv B2B əlaqələrin qurulması;
- Ukraynanın enerji infrastrukturunun bərpası üzrə imkanların araşdırılması;
- Market Research, Market Entry Strategy, təqdimat və kommersiya təkliflərinin hazırlanması;
- Həftəlik və aylıq BD hesabatları və CRM pipeline-ının aparılması.
Əsas kvalifikasiya tələbləri
- Biznes, iqtisadiyyat, beynəlxalq münasibətlər, mühəndislik və ya uyğun sahədə ali təhsil;
- Business Development, Market Research və ya International Sales üzrə minimum 2 il təcrübə;
- İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət (mütləqdir);
- Müstəqil bazar araşdırması və aktiv B2B əlaqə yaratmaq bacarığı;
- Excel və PowerPoint-də yüksək səviyyəli analitik və təqdimat bacarıqları;
- Təhlükəsizlik və təşkilati şərtlər nəzərə alınmaqla xarici ezamiyyətlərə hazırlıq.
Üstünlük veriləcək
- Rumın və/və ya Ukrayna dilləri; rus dili biliyi;
- Rumıniya və Ukrayna bazarlarında mövcud əlaqələr və təcrübə;
- Energetika, EBRD, EIB, Dünya Bankı, Aİ donor layihələri və beynəlxalq tenderlər üzrə təcrübə;
- LinkedIn Sales Navigator və CRM bacarıqları.
Təklif edirik
- Beynəlxalq bazarların inkişafında birbaşa iştirak;
- Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus;
- Beynəlxalq tərəfdaşlarla iş və karyera inkişafı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Business Development Specialist – Romania & Ukraine