Yüksək gərginlikli elektrik xətləri üzrə keyfiyyətə nəzarət mühəndisi
EnergazerBakıda keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Energazer Bakının Nərimanov rayonunda keyfiyyətə nəzarət üzrə mühəndis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Azərbaycan
İş rejimi: Tam ştat
Sahə: Enerji infrastrukturu / Elektrik ötürücü xətləri
Vəzifə haqqında
- 110 kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikintisi və layihələndirilməsi üzrə təcrübəyə malik, beynəlxalq layihə standartlarını bilən keyfiyyətə nəzarət mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri
- 110 kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikinti-quraşdırma işlərinə keyfiyyət nəzarəti;
- Layihə çertyojları, texniki spesifikasiyalar və beynəlxalq standartlara uyğunluğun yoxlanılması;
- Dayaqlar, fundamentlər, keçiricilər, izolyatorlar və torpaqlama sistemlərinin inspeksiyası;
- ITP, MIR, WIR, Method Statement və QA/QC sənədlərinin hazırlanması və izlənilməsi;
- NCR hesabatlarının hazırlanması və düzəldici tədbirlərin yoxlanılması;
- Podratçı işlərinin, sınaqların və təhvil sənədlərinin yoxlanılması;
- Beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun texniki hesabatlılıq.
Əsas kvalifikasiya tələbləri
- Elektrik mühəndisliyi, energetika və ya müvafiq sahə üzrə magistr dərəcəsi (mütləqdir);
- 110 kV, 330 kV və/və ya 500 kV ötürücü xətlərin layihələndirilməsi və tikintisində praktiki təcrübə (mütləqdir);
- WB, ADB, EBRD, EIB və ya digər beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə təcrübə (mütləqdir);
- Enerji ötürülməsi infrastrukturu üzrə minimum 5 il iş təcrübəsi;
- ITP, QA/QC, IEC, IEEE, EN və texniki inspeksiya prosedurları üzrə biliklər;
- İngilis dilində texniki sənədlərlə işləmək; MS Office və AutoCAD bacarığı.
Üstünlük veriləcək
- FIDIC müqavilələri və ISO 9001 üzrə biliklər;
- Beynəlxalq mühəndis nəzarəti komandalarında iş təcrübəsi.
Təklif edirik
- İri enerji infrastrukturu layihəsində iştirak;
- Təcrübəyə uyğun əməkhaqqı və peşəkar inkişaf imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: QC Electrical Engineer