Direktor müavini
Grossmaster LLCBakıda direktor müavini vakansiyası
Maaş: 1.800 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 15 oktyabr 2026
- Son müraciət tarixi
- 14 noyabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
Grossmaster LLC Bakıda «Direktor müavini» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik əməliyyatları sistemli idarə edə bilən, məsuliyyətli və nəticəyönümlü Direktor müavini axtarılır.
Əsas vəzifələr:
- Şirkətin gündəlik ofis və əməliyyat işlərinin koordinasiyası;
- Direktor tərəfindən verilən tapşırıqların icrasının sonadək izlənməsi;
- Aktiv tikinti layihələri və sahə rəhbərləri ilə gündəlik koordinasiya;
- Sahələrdən gündəlik və həftəlik hesabatların toplanması;
- Sifarişçi və təchizatçılarla cari məsələlərin izlənməsi;
- Satınalma, ödəniş və sənəd dövriyyəsinin nəzarətdə saxlanılması;
- Gecikən və problemli məsələlərin vaxtında rəhbərliyə təqdim olunması;
- Problemlərlə bağlı mümkün həll variantlarının hazırlanması;
- Həftəlik rəhbərlik hesabatının hazırlanması;
- Ofis, sahə, mühasibatlıq və təchizat arasında koordinasiyanın təmin edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- İdarəetmə və təşkilatçılıq bacarığı;
- Tapşırıqları sonadək izləmək vərdişi;
- Güclü ünsiyyət və koordinasiya bacarığı;
- Excel və Microsoft Office proqramlarında işləmək bacarığı;
- Sənədləşmə və işgüzar yazışma bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- Rus dili biliyi üstünlükdür.
- Sınaq müddətində əməkhaqqı 1,800 AZN təşkil edəcək, sınaq müddəti bitdikdən sonra isə nəticələrə əsasən 2,000–2,200 AZN arası dəyişəcəkdir.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 2,000–2,200 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.