Əsas məzmuna keç
GoJob

Sahə Rəisi

Grossmaster LLCBakıda sahə rəisi vakansiyası

Maaş: 1.800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Grossmaster LLC Bakıda sahə rəisi axtarır. Tam ştat, maaş 1 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır.

Əsas vəzifələr:

  • Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması;
  • İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət;
  • Ustaların və fəhlələrin iş bölgüsünün aparılması;
  • İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət;
  • Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi;
  • Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
  • Görülən işlərin keyfiyyətinin yoxlanılması;
  • İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi;
  • Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
  • Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Tikinti sahəsində iş təcrübəsi;
  • Tikinti və təmir işlərinin texnologiyasını bilmək;
  • İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
  • Layihə və texniki çertyojları oxumaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ olmaq;
  • Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı;
  • Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür;
  • MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür.

Əməkhaqqı: 1,800 AZN.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Grossmaster LLC şirkətinin digər vakansiyaları

Grossmaster LLC vakansiyaları