Elektrik - Çilingər
Kartaş LTD (Mr.Fix)Bakıda elektrik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 20 noyabr 2026
- Baxış
- 689
- Müraciət
- 35
- Son müraciət tarixi
- 20 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
Kartaş LTD (Mr.Fix) Bakıda elektrik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- Bölmə: Təmir və baxım
- İş yeri: Xırdalan, Bakı
- İş rejimi: Həftədə 6 gün (bazar günü istirahət)
- Vakant yer: 1 nəfər
Vəzifə öhdəlikləri:
- İstehsalat avadanlıqlarının, nasos və klapan sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
- Elektrik xətləri, idarəetmə panelləri, mühərriklər, sensor və avtomatika elementlərinin sazlığına nəzarət etmək
- Elektrik və mexaniki nasazlıqları operativ aşkar edib aradan qaldırmaq
- Planlı profilaktik təmir-baxım (PPR) işlərini vaxtında aparmaq, ehtiyat hissələrini dəyişmək
- Texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək
Namizədə tələblər:
- Sahə üzrə 3–5 il iş təcrübəsi
- Sənaye elektrik avadanlıqlarını, elektrik sxemlərini, tezlik çeviricilərini (inverter) və idarəetmə şkaflarını bilmək
- Multimetr, meqometr kimi ölçü-nəzarət cihazlarından və çilingər alətlərindən peşəkar istifadə etmək
- Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və 1000 V-a qədər elektrik qurğularında iş qaydalarını bilmək
- Məsuliyyətli və diqqətli olmaq, nasazlıqları tez həll edə bilmək, komandada intizamla işləmək
Üstünlük verilir:
- İstehsalat müəssisəsində iş təcrübəsi
- Elektrik təhlükəsizliyi üzrə buraxılış vəsiqəsi (qrupu)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində “Elektrik-Çilingər” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.